Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək Yenilik

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək Yenilik

Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən çoxfunksional "TəhsilPlus" kartının təqdimat mərasimi baş tutub.

Sfera.az xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, Elm və Təhsil Nazirliyi və ona tabe strukturların təmsilçiləri, korporativ tərəfdaşlar, əməkdaşlıqda maraqlı şirkətlər, həmçinin müxtəlif media qurumlarının nümayəndələri iştirak edib. 

Rəsmi hissədə ilk olaraq, Azərbaycanın Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli çıxış edərək, təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması və bu məqsədlə həyata keçirilən təşəbbüslərin əhəmiyyətindən bəhs edib. Nazir müavini təhsil işçilərinin cəmiyyətin inkişafındakı rolunu vurğulayaraq, bu kimi sosial təşəbbüslərin davamlı və daha genişmiqyaslı olmasının vacibliyini qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fondun 4 illik fəaliyyətinə dair geniş təqdimatla çıxış edib. O, Fondun son dövrlərdəki fəaliyyət istiqamətlərini diqqətə çatdıraraq, xüsusilə rəsmi vebsaytın yenilənməsi, “İanə et” bölməsinin istifadəyə verilməsi, Qarabağ Təqaüd Proqramının təsis olunması, "TələbəPlus" kartı çərçivəsində görülən işlərlə bağlı məlumatları diqqətə çatdırıb, ümumi statistik məlumatları bölüşüb. 

Sədr, həmçinin Fondun yeni təşəbbüsü olan "TəhsilPlus" kartını ön plana çəkərək, hədəf qrupu, üstünlükləri, faydalarından söz açıb. Qeyd olunub ki, çoxfunksional kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və 450 min nəfəri əhatə etməsi planlaşdırılır.

Daha sonra "Kapital Bank"ın İdarə Heyətinin üzvü, Baş korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında təhsil sahəsinə göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, "Kapital Bank" üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas qüvvədir və bu istiqamətdə atılan hər addım gələcəyə sərmayə kimi qiymətləndirilir. "TələbəPlus" kartının uğurundan bəhs edən Fərid Hidayətzadə, artıq 200 minə yaxın tələbənin bu imkanlardan faydalandığını bildirib. O "TəhsilPlus" kartının isə daha geniş auditoriyanı – müəllim və təhsil işçilərini əhatə etdiyini, onlara müxtəlif güzəştlər və üstünlüklər təqdim edəcəyini diqqətə çatdırıb. Sonda o, layihənin tərəfdaşlarına təşəkkürünü bildirərək, təhsil sahəsində birgə daha çox uğurlu layihələrə imza atılacağına inandığını bildirib. 

“Mastercard” şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar "TəhsilPlus" kartının rəqəmsal və çoxfunksiyalı imkanlarını “Mastercard” texnologiyalarının təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, ölkə üzrə ilk bu tip kartın sahibləri “Mastercard”ın "Priceless Specials" platforması çərçivəsində xüsusi endirimlərdən də yararlana biləcəklər.

"TəhsilPlus" kartının uğurla reallaşdırılması istiqamətində atılan ilk strateji addımlardan biri Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard” şirkəti arasında imzalanan əməkdaşlıq memorandumu olub. Sözügedən üçtərəfli sənəd Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Kapital Bankın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Mastercard” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov tərəfindən imzalanıb.
Tərəflər arasında strateji tərəfdaşlığın rəsmi təsdiqi olan memorandum gələcəkdə "TəhsilPlus" kartının funksionallığının və əhatə dairəsinin genişləndirilməsi üçün də əsas baza rolunu oynayacaq.


Daha sonra Fondun nümayəndəsi Aysel Məhərrəmova "TəhsilPlus" layihəsinə qoşulmaq imkanları barədə məlumat verib. Bildirilib ki, maraqlı şirkətlər Fondun rəsmi internet səhifəsində yerləşən müvafiq əlaqə vasitələri ilə müraciət edərək, "TəhsilPlus" kartı istifadəçilərinə öz məhsul və xidmətlərini təqdim etmək vasitəsilə layihəyə töhfə verə bilərlər.


Qeyd edək ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyan "TəhsilPlus" kartı yeni tədris ilində istifadəçilərə təqdim ediləcək.


Firuzə Əliyeva
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri