Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İşçinin maaşı hansı hallarda kəsilə bilər?

İşçinin maaşı hansı hallarda kəsilə bilər?

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Əsasən özəl müəssisələrdə işin gedişindəki nöqsanlara, gecikməyə və digər səbəblərə görə işçilərin maaşlarından tutulma halları ilə tez-tez rastlaşırıq. Hətta bunu qaydaya çevirən və əvvəlcədən işçilərin diqqətinə çatdıran işəgötürənlər də az deyil. Tutulmaların məbləği isə müəssisədən-müəssisəyə, həmçinin maaşın məbləğindən və baş vermiş haldan asılı olaraq dəyişə bilir. 

Bəs qanunla işçinin maaşından yuxarıda göstərilən səbəblərə görə tutulma ola bilər?

Redaktor.az xəbər verir ki, qanunvericiliyə əsasən, işəgötürən işçinin əməkhaqqından aşağıdakı ödənişlər tuta bilər:

a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr;

b) qanunvericilikdə nəzərdə tutulan icra sənədləri üzrə müəyyən edilmiş məbləğ;

c) işəgötürənə işçinin (tam maddi məsuliyyət daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği;

ç) müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulu;

d) xidməti ezamiyyətə göndərilən işçiyə avans olaraq verilmiş ezamiyyə xərclərinin ezamiyyətdən qayıtdıqdan sonra artıq qalmış borc məbləği;

e) mühasibat tərəfindən ehtiyatsızlıqla səhvən yerinə yetirilən riyazi əməliyyatlar nəticəsində artıq verilmiş məbləğlər;

ə) təsərrüfat ehtiyaclarından ötrü malların, əmtəələrin alınması üçün verilmiş, lakin xərclənməmiş və vaxtında qaytarılmamış pulun məbləği;

f) kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda müəyyən edilmiş məbləğ;

g) həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından mühasibatlıq vasitəsi ilə tutulan və 4 iş günü müddətində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülən həmkarlar ittifaqına üzvlük haqları.

Bir sözlə, bu halların heç biri işçinin nöqsanı ilə bağlı əməkhaqqının birbaşa azadılmasını nəzərdə tutmur. 

Əmək Məcəlləsinin 186-cı maddəsi əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növlərini müəyyən edir. Burada bildirilir ki, işçi əmək funksiyasını tam yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini tətbiq edə bilər:

a) töhmət vermək;

b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;

c) aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək;

ç) əmək müqaviləsini bu Məcəlləyə uyğun ləğv etmək.

Göründüyü kimi, qanunvericilikdə işçinin buraxdığı nöqsanlara görə əməkhaqqından tutulma öz əksini tapmasa da, onun barəsində intizam tənbehi olaraq cərimə müəyyən edilib. 

Lakin sözügedən cərimə işçilərlə əmək müqaviləsi ilə yanaşı, kollektiv müqavilə (Kollektiv müqavilə işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən sənəddir) bağlandığı və bu sənəddə qeyd edildiyi halda nəzərdə tutula bilər. Əks təqdirdə isə işçinin əməkhaqqından sözgedən məqsədlə tutulma qanunsuzdur (Qafqazinfo).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri