Bu hallarda işçinin işdən çıxarılması qadağan ediləcək
Icma.az, Modern.az saytına istinadən bildirir.
İş yerində korrupsiya barədə məlumat verdiyinə görə işçidən qisas almaq məqsədilə onun işdən çıxarılması və ya maaşından qanunsuz tutulmalar edilməsi qadağan olunacaq.
Modern.az xəbər verir ki, bu təminatlar Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən yeni qanun layihəsində nəzərdə tutulur.
“Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” layihəyə görə, belə məlumat verdiyinə görə işçiyə qisas məqsədilə tənbeh tətbiq etmək, onu vəzifədən azad etmək və başqa işə keçirmək mümkün olmayacaq.
İşçinin vəzifədə irəli çəkilməsinə və ya mükafatlandırılmasına mane olmaq, onu mənfi xarakterizə etmək və digər oxşar tədbirlər də qadağan ediləcək.
Bu təminatlar məlumat verən şəxslə eyni təşkilatda işləyən yaxın qohumlarına və digər qohumlarına da şamil olunacaq.
İşçi ona qarşı qisas məqsədli tədbirlər görüldüyünə dair dəlillər irəli sürdükdə həmin dəlilləri təkzib etmək təşkilat rəhbərinin üzərinə düşəcək. Təzyiqə məruz qalan şəxslər səlahiyyətli bölməyə və məhkəməyə müraciət edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 06 Oktyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















