İşdən çıxan polkovniklə bağlı maraqlı fakt Qardaşı oğlu 4 kq qızılla tutulmuşdu
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi, polkovnik Abdulla Mirzəliyev işdən azad olunub.
"Unikal"ın məlumatına görə, A.Mirzəliyevin adı bir müddət əvvəl qalmaqallı hadisə ilə bağlı gündəmə gəlmişdi. Belə ki, polkovnikin qardaşı oğlu Əfsər Mirzəliyev 4 kq qızılı ölkədən çıxarmaq istəyərkən Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 206.3.3-cü (vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə qabaqcadan olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri ilə təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfsər Mirzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ə.Mirzəliyev özü də DGK əməkdaşı olub.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 03 Noyabr 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















