Icma.az
close
up
RU
Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır

Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Avropada işlə təmin etmək adı ilə 171 nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Sevinc Əliyeva və Kamil Curayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Kamil Curayevin vəkili müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaqla həmin cəmiyyətlərin direktorları olmuş Əliyeva Sevinc Bayram qızı və Curayev Kamil Camalxan oğlunun cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırlamaq yolu ilə onlara iş vizasının alınmasına kömək edəcəklərinə dair vəd etməklə 171 nəfərin ümumilikdə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Sevinc Əliyeva və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Əliyeva barəsində isə maddi ziyandan 46 nəfərə 55 min 700 manat ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.



Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu kimi hallara həmişə dünyanın bütün ölkələrində rast gəlinir:


“Bu ən çox da işsizliyin çox olduğu ölkələrdə daha çox olur. Azərbaycanda da uzun  illərdir ki, bu proses gedir. Dələduz şəxslər və şirkətlər tərəfindən işə düzəltmək adı altında 100 minlərlə vətəndaş aldadılıb, pulları soyulub. Həmin insanlar heç nədən qorxmadan, çəkinmədən müxtəlif üsul və metodlardan istifadə edirlər. Onların tələsinə savadı yüksək olmayan vətəndaşlar düşür. Çox təəssüf ki, bizdə də belə insanlar həddən çoxdur. Bunun qarşısını almaq üçün dövlətin müəyyən orqanları ayıq olmalıdır. Yəni başda hüquq mühafizə orqanları olmaq şərtilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq Xidməti və sair orqanlar, bu sahəyə nəzarət etməli, araşdırmalıdır. Hətta belə hallar olan kimi həmin şəxslərin şirkətlərin, cəzalandırılmasını təşkil etməlidir. Çox sayda faktların, şikayətlərin və kütləvi dələduzluq hallarının aşkar edilməsinə baxmayaraq çox təəssüf ki, bu edilmir. İndiki dövrdə ortadan yoxa çıxmaq mümkün deyil. İstənilən şəxsləri və platformaları  tapmaq çox asandır. Sadəcə istək yoxdur. Belə bir şəraitdə artıq vətəndaşların dövlətə və ölkəyə inamı tamamilə itir. Əvvəlki illərdə təklif etmişəm ki,  bu fəaliyyətlə məşğul olmaq rəsmi şəkildə qadağan edilməlidir. Yalnız və yalnız dövlətdə lisenziya almış işə düzəltmə agentlikləri fəaliyyət göstərə, vəziyyət düzələ bilər. Bunun üçün isə ümumi bir platforma olmalıdır. Orada rəsmi ünvanı, rəsmi ofisi, dövlət lisenziyası olan şirkət və yaxud dövlət orqanı bu işi təşkil etməlidir. Bu, qanuni şəkildə həyata keçirilməlidir. Ümumiyyətlə, işə düzəltmə agentlikləri ləğv olunmalıdır. Vətəndaşlara çağırış edilməlidir ki, vakansiyalara baxmaq istəyirsinizsə, filan saytdan müraciət edə bilərsiniz. Bunlar edilməsə, proses getdikcə kütləviləşəcək. Çünki sosial şəbəkələrin hər kəsə çıxışı artıb və istənilən formada insanları aldatmaq halları olacaq. Çox ağır şəkildə cəzalandırma olanda başqaları da bu fəaliyyətdən imtina edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Yanvar 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri