Icma.az
close
up
RU
İşəgötürən işçidən maddi ziyanın ödənilməsini nə vaxt tələb edə bilər?

İşəgötürən işçidən maddi ziyanın ödənilməsini nə vaxt tələb edə bilər?

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Əmək münasibətlərində işçinin təqsiri üzündən işəgötürənə maddi ziyan dəyə bilər. Belə hallarda qanun işəgötürənə dəymiş zərərin işçidən tələb olunmasına imkan verir. Belə olan halda isə işəgötürən məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

Qaynarinfo xəbər verir ki, bunun üçün məhkəməyə "İşçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi haqqında" iddia ərizəsi təqdim olunur.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən, işçilər vurduqları ziyana görə müəyyən hallarda tam maddi məsuliyyət daşıyırlar. Bu hallar aşağıdakılardır:

• əmək müqaviləsi bağlanarkən və ya əmək münasibətləri dövründə işçiyə etibar edilmiş əmlakın və digər sərvətlərin qorunmasına görə tam maddi məsuliyyət haqqında yazılı müqavilə bağlandıqda;

• işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər hüquqmüəyyənedici sənədlər əsasında hesabat vermək şərti ilə qəbul etdikdə;

• inzibati xəta, cinayət və ya vergi qanunvericiliyinin pozulması nəticəsində zərər vurulduqda;

• işəgötürənin əmlakı və ya digər maddi sərvətləri qəsdən korlandıqda, məhv edildikdə və ya başqa üsulla qəsdən ziyan vurulduqda;

• alkoqol, toksik (zəhərli), psixotrop maddələrin və ya narkotik vasitələrin təsiri altında işəgötürənə zərər vurulduqda;

• dövlət, kommersiya və ya vergi sirri yayıldıqda;

• işəgötürənin şərəf və ləyaqətini alçaldan, həqiqətə uyğun olmayan böhtan və ya yalan məlumatlar yayılmaqla onun sahibkarlıq fəaliyyətinə ciddi mənəvi ziyan vurulduqda.

Məcəlləyə əsasən, 18 yaşına çatmamış işçilər isə yalnız inzibati xəta və ya cinayət törətdikdə, əmlakı qəsdən korladıqda və ya alkoqol, toksik, psixotrop maddələrin, yaxud narkotik vasitələrin təsiri altında zərər vurduqda tam maddi məsuliyyət daşıyırlar.

İşəgötürən məhkəməyə təqdim etdiyi iddia ərizəsində işçinin hansı tarixdən işlədiyini, yerinə yetirdiyi əmək funksiyasını, dəymiş maddi ziyanın məbləğini, ziyanın hansı şəraitdə baş verdiyini və işçinin hərəkətləri ilə zərər arasında səbəbli əlaqəni sübut edən sənədləri göstərməlidir. Ərizəyə işə qəbul barədə əmrin surəti, ziyanın hesablanması, müvafiq aktlar və digər təsdiqedici sənədlər əlavə olunur.

Qeyd edək ki, bu kateqoriyadan olan mübahisələrə baxılarkən məhkəmə işçinin təqsirinin olub-olmamasını, dəymiş ziyanın məbləğini, təqdim olunan sübutları və tərəflərin hüquq və vəzifələrini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191 və 199-cu maddələrinin tələblərinə uyğun qiymətləndirir.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Avqust 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri