Icma.az
close
up
RU
İşəgötürənlər gənclərdən nə istəyir? Diplomdan DAHA VACİB OLANLAR

İşəgötürənlər gənclərdən nə istəyir? Diplomdan DAHA VACİB OLANLAR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Gənclərin əmək bazarına daxil olarkən əsas diqqəti yalnız yüksək maaşa deyil, təcrübə qazanmağa və gələcək karyera imkanlarına yönəltməsi vacibdir. İlk iş mərhələsində əldə olunan bacarıqlar və real iş təcrübəsi sonrakı karyera üçün mühüm rol oynayır.

İnsan Resursları üzrə ekspert İlkin Məcidov “Yeni Sabah”a açıqlamasında bildirib ki, gənclərin əmək bazarında əsas problemlərindən biri gözləntilərlə reallıq arasındakı fərqdir.

Ekspertin sözlərinə görə, bəzi gənclər universiteti bitirdikdən dərhal sonra yüksək maaş, rahat iş qrafiki və sürətli karyera yüksəlişi gözləsələr də, işəgötürənlər təcrübə, praktiki bacarıq, xarici dil, rəqəmsal savadlılıq, məsuliyyət və nəticə tələb edirlər. Toyuqlu pizza

“Əmək bazarında diplom başlanğıc nöqtəsidir, son nəticə deyil. Gəncin bazar dəyərini müəyyən edən əsas amillərdən biri onun nəyi bacardığı və həmin bacarığı real işdə necə tətbiq edə bilməsidir”, - deyə ekspert vurğulayıb.

İ.Məcidov qeyd edib ki, informasiya texnologiyaları, proqramlaşdırma, süni intellekt, data analitikası, maliyyə və bank sektoru, mühəndislik, logistika və təchizat zənciri, layihələrin idarə olunması kimi sahələr gəlir baxımından daha perspektivli istiqamətlər sırasındadır.

Lakin ekspert bildirib ki, yüksək maaş potensialı olan sahədə işə başlamağın asan olması demək deyil:

“Məsələn, İT sektorunda gəlir imkanları yüksəkdir. Amma bu sahəyə yeni daxil olan şəxsdən ciddi texniki bilik və praktiki bacarıqlar tələb olunur. Ona görə də gənclər yalnız “ən çox maaş verilən peşə”ni deyil, əmək bazarında tələbat olan və öz bacarıqlarına uyğun sahəni seçməlidirlər”.

Onun sözlərinə görə, gəncin yalnız diplomunda qeyd olunan ixtisas üzrə vakansiya gözləməsi də işə qəbul prosesini uzada bilər.

“Məsələn, iqtisadiyyat ixtisasını bitirən şəxs yalnız iqtisadçı vəzifəsinə deyil, maliyyə, mühasibatlıq, bank, satınalma, satış analitikası və digər əlaqəli istiqamətlərə də müraciət edə bilər. Burada əsas prinsip “istədiyim iş”lə “başlaya biləcəyim iş” arasındakı fərqi düzgün müəyyən etməkdir”, - deyə ekspert bildirib.

İ.Məcidov hesab edir ki, ilk işə başlayan gənc iş intizamı, vaxtında işə gəlmək, tapşırıqları yerinə yetirmək, komanda ilə işləmək, məsuliyyət daşımaq, öyrənmək və nəticə göstərmək kimi tələblərə hazır olmalıdır.

Ekspert ilk iş zamanı yalnız maaşa fokuslanmağın da düzgün olmadığını bildirib:

“Gənc özünə sual verməlidir: burada nə öyrənəcəyəm, kimdən öyrənəcəyəm, mənə real məsuliyyət veriləcəkmi, bir ildən sonra CV-mdə hansı yeni təcrübələr olacaq, karyera yüksəlişi mümkündürmü və əmək münasibətləri rəsmiləşdirilirmi?”

Onun sözlərinə görə, başlanğıcda 700-800 manat maaşla real təcrübə qazandıran iş uzunmüddətli perspektivdə 1000 manat maaş verən, lakin inkişaf imkanı olmayan işdən daha faydalı ola bilər.

“Əsas sual bu olmalıdır: bu işdə bir ildən sonra mən bugünkündən daha dəyərli mütəxəssis olacağammı?”, - deyə İ.Məcidov qeyd edib.

Ekspert karyeranın ilk mərhələsində çətin tapşırıqlara, tənqid və geribildirimə, əlavə öyrənməyə, başlanğıc maaşının gözləntidən aşağı olmasına və monoton işlərin müəyyən hissəsinə dözümlü yanaşmağın normal olduğunu bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, karyera qurmaq naminə gənclər öz hüquqlarından imtina etməməlidirlər.

“Gənc əmək münasibətlərində sistemli şəkildə hörmətsizliyə, əməkhaqqının ödənilməməsinə, qanunsuz tələblərə, ayrı-seçkiliyə, təhlükəli iş şəraitinə və şəxsi sərhədlərin davamlı pozulmasına razı olmamalıdır. Karyera qurmaq üçün çətinliyə dözmək lazımdır, amma istismara dözmək lazım deyil”, - deyə ekspert bildirib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 19 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri