Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Diplomdan işə gedən çətin yol

Diplomdan işə gedən çətin yol

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Statistika ölkənin əmək bazarında çalışan gənclərin sayının xeyli azaldığını göstərir. 2025-ci ildə 15-29 yaşlı məşğul gənclərin sayı əvvəlki illə müqayisədə 94 min nəfər və ya 8 faiz azalaraq 1 milyon 85,5 min nəfərə düşüb. 2024-cü ildə bu yaş qrupunda məşğul əhalinin sayı 1 milyon 179,5 min nəfər olub.

Maraqlıdır ki, eyni dövrdə gənclər arasında işsizlərin sayı da azalıb. Belə ki, 2024-cü ildə 15-29 yaşlı 118,1 min nəfər işsiz olduğu halda, 2025-ci ildə onların sayı 99 min nəfərə enib. Bu, bir il ərzində 19,1 min nəfər və ya 16,2 faiz azalma deməkdir. Statistik göstəricilərə əsasən, 2025-ci ildə məşğul gənclərin 537,6 min nəfərini kişilər, 547,9 min nəfərini isə qadınlar təşkil edib. Bir il əvvəl bu göstəricilər müvafiq olaraq 617,9 min və 561,6 min nəfər olub. Beləliklə, bir il ərzində məşğul gənc kişilərin sayı 80,3 min, qadınların sayı isə 13,7 min nəfər azalıb.

Əmək bazarı ilə bacarıqlar uzlaşmır

Ali təhsil müəssisələrini bitirən, müxtəlif ixtisaslar üzrə diplom alan gənclərin əhəmiyyətli bir hissəsi iş axtarışı zamanı çətinliklərlə üzləşir. Bəzən aylarla iş axtaran, çoxsaylı vakansiyalara müraciət edən gənclər belə arzuladıqları işə qəbul oluna bilmirlər. Bu isə əmək bazarının tələbləri ilə gənclərin bilik və bacarıqları arasında müəyyən uyğunsuzluğun olduğunu göstərir.

Gənclərin iş tapa bilməməsinin əsas səbəblərindən biri işəgötürənlərin təcrübəyə üstünlük verməsidir. Bir çox müəssisə və təşkilat vakansiya elanlarında namizədlərdən ən azı bir neçə il iş təcrübəsi tələb edir. Halbuki universiteti yeni bitirmiş gəncin bu təcrübəni əldə etməsi üçün ilk növbədə ona iş imkanı yaradılmalıdır. Beləliklə, gənclər bir növ çıxılmaz vəziyyətlə qarşılaşırlar: işə qəbul olunmaq üçün təcrübə, təcrübə qazanmaq üçün isə iş tələb olunur. Digər mühüm məsələ təhsil sistemi ilə əmək bazarının tələbləri arasındakı uyğunsuzluqdur. Universitetlərdə nəzəri biliklərə üstünlük verilməsi, praktiki hazırlığın və real iş mühitində təcrübənin kifayət qədər olmaması məzunların əmək bazarına inteqrasiyasını çətinləşdirir.

Gənclər əmək bazarından niyə çəkilir?

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, statistik məlumatlara əsasən, 15-29 yaşlı məşğul əhalinin sayı 2024-cü ildə 1 milyon 179,5 min nəfər olduğu halda, 2025-ci ildə 1 milyon 85,5 min nəfərə enib. Eyni zamanda, həmin yaş qrupunda işçi qüvvəsinin ümumi sayı 113,1 min nəfər azalıb: "Hesab edirəm ki, bu göstəricini yalnız iş yerlərinin azalması ilə əlaqələndirmək düzgün olmazdı. Burada bir neçə amilin təsiri mümkündür. İlk növbədə, əhalinin yaş strukturunda baş verən demoqrafik dəyişikliklər, gənclərin təhsil müddətinin uzanması, əmək bazarından müvəqqəti kənarlaşma və xarici ölkələrə miqrasiya kimi faktorlar nəzərə alınmalıdır. Xüsusilə diqqət çəkən məqam odur ki, məşğul gənclərin sayı azalmaqla yanaşı, işsiz gənclərin sayı da 118,1 mindən 99 min nəfərə düşüb. Bu isə problemin yalnız işsizliklə bağlı olmadığını, ümumilikdə gənclərin əmək bazarında iştirakının zəiflədiyini göstərir.

Məsələnin digər mühüm tərəfi gənclərin xarici ölkələrə üz tutmasıdır. Bu gün gənclərin bir hissəsi daha yüksək əməkhaqqı, peşəkar inkişaf, keyfiyyətli təhsil və daha geniş karyera imkanları əldə etmək məqsədilə xaricə getməyə üstünlük verir. Əlbəttə, beynəlxalq əmək miqrasiyası qlobal iqtisadi prosesdir və bunu yalnız mənfi hal kimi qiymətləndirmək olmaz. Xaricdə təhsil alan və təcrübə qazanan gənclər gələcəkdə ölkəmizin insan kapitalının inkişafına da töhfə verə bilərlər. Lakin gənclərin xaricə getməsi daimi xarakter aldıqda və onların ölkəyə qayıtması üçün kifayət qədər iqtisadi imkanlar formalaşmadıqda, bu proses uzunmüddətli risklər yaradır. Xüsusilə yüksək ixtisaslı mütəxəssislərin ölkədən getməsi əmək bazarında kadr çatışmazlığına, innovasiya potensialının zəifləməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinə mənfi təsir göstərə bilər".

Miqrasiyanın görünən və görünməyən tərəfləri

Ekspertin sözlərinə görə, məşğul gənclərin sayındakı 94 min nəfərlik azalma həmin sayda insanın ölkəni tərk etməsi demək deyil. Rəsmi statistikaya görə, 2025-ci ildə daimi yaşamaq üçün ölkədən gedən 15-29 yaşlı gənclərin sayı 554 nəfər olub. Bununla belə, müvəqqəti əmək və təhsil miqrasiyasının real miqyasını da ayrıca araşdırmaq vacibdir: "Digər narahatedici məsələ demoqrafik proseslərdir. Azərbaycanda doğum göstəricilərinin azalması və ailə qurma yaşının yüksəlməsi gələcək əmək ehtiyatlarının formalaşmasına təsir göstərə bilər. Gənclərin mənzil əldə etmək imkanlarının məhdudluğu, əməkhaqqı ilə yaşayış xərcləri arasındakı fərq, ailə saxlamaq üçün tələb olunan maliyyə imkanları da bu proseslərə təsir edən amillərdəndir.

Burada vacib bir məqamı fərqləndirmək lazımdır. Azərbaycanda əhalinin ümumi sayı hələ də artır, lakin artım tempinin zəifləməsi və doğum səviyyəsinin aşağı düşməsi gələcək üçün müəyyən demoqrafik çağırışlar yaradır. İqtisadi baxımdan əhalinin yaşlanması və əmək qabiliyyətli gənclərin xüsusi çəkisinin azalması gələcəkdə pensiya sisteminə, sosial müdafiə xərclərinə, vergi daxilolmalarına və iqtisadi artım potensialına əlavə təzyiq yarada bilər.

Fikrimcə, əsas məqsəd gənclərin ölkədən getməsinə inzibati məhdudiyyət qoymaq deyil, onların Azərbaycanda yaşamaq, işləmək və ailə qurmaq üçün daha əlverişli iqtisadi mühitə malik olmasını təmin etməkdir. Bunun üçün regionlarda yüksək maaşlı və dayanıqlı iş yerlərinin yaradılması, gənc sahibkarlığın dəstəklənməsi, güzəştli mənzil və ipoteka imkanlarının genişləndirilməsi, təhsil sistemi ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, xaricdə təhsil alan və çalışan azərbaycanlı mütəxəssislərin ölkəyə qayıdışını stimullaşdıran proqramların inkişaf etdirilməsi məqsədəuyğun olardı.

Unutmamalıyıq ki, gənclər yalnız əmək bazarının iştirakçıları deyil, həm də ölkənin gələcək vergi ödəyiciləri, sahibkarları, alimləri və ailə quracaq vətəndaşlarıdır. Bu gün gənclərin məşğulluğuna və sosial rifahına qoyulan investisiya əslində Azərbaycanın gələcək iqtisadi inkişafına və demoqrafik dayanıqlığına qoyulan investisiyadır".

Yeni sahələr, yeni imkanlar

Gənclər arasında işsizliyin azaldılması üçün bir sıra istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilməlidir. Qeyri-neft sektorunun, xüsusilə sənaye və xidmət sahələrinin regionlarda daha sürətli inkişafı, peşə təhsili və ixtisasartırma proqramlarının əmək bazarının real tələblərinə uyğunlaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması vacibdir. Bununla yanaşı, rəqəmsal bacarıqların artırılması və gənclərin yeni iqtisadi sahələrə inteqrasiyası, investisiya mühitinin daha da yaxşılaşdırılması və xarici investisiyaların cəlbi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi, işaxtaranların peşə yönləndirilməsi sisteminin gücləndirilməsi də mühüm addımlardır.

İşsizliyin görünməyən üzü

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, rəsmi işsizlik statistikası işləməyə hazır olan və aktiv şəkildə iş axtaran şəxsləri əhatə edir. İş tapmaq ümidini itirdiyi üçün axtarışları dayandıran, ixtisasına uyğun iş tapa bilmədiyindən qeyri-rəsmi fəaliyyətlə məşğul olan və ya aşağı əməkhaqqına razılaşaraq potensialından aşağı səviyyədə çalışan gənclərin problemləri bu statistikada tam görünmür: "Bu baxımdan, gənclərin faktiki məşğulluq vəziyyətini qiymətləndirərkən yalnız işsizlik göstəricilərinə əsaslanmaq düzgün olmaz. Onların əmək bazarında iştirak səviyyəsi, qeyri-formal məşğulluq, əməkhaqqı və ixtisaslarına uyğun iş tapmaq imkanları da nəzərə alınmalıdır. Çünki işsizliyin rəsmi səviyyəsi ilə gənclərin əmək bazarında qarşılaşdıqları real çətinliklər arasında müəyyən fərqlər ola bilər".

Diplom var, təcrübə çatmır

Ekspertin sözlərinə görə, Azərbaycanda gənclərin iş tapmaq imkanları iqtisadiyyatın müxtəlif sahələri üzrə fərqlənir. Xüsusilə informasiya texnologiyaları, mühəndislik, maliyyə, logistika və bəzi texniki peşələr üzrə müvafiq bilik və bacarıqlara malik gənclər üçün iş imkanları mövcuddur. Bununla belə, ali təhsil müəssisələrini bitirən bütün gənclərin asanlıqla iş tapa bildiyini söyləmək mümkün deyil: "Əsas problemlərdən biri ali təhsil proqramları ilə əmək bazarının real tələbləri arasında uyğunsuzluğun olmasıdır. Bəzi ixtisaslar üzrə məzunların sayı mövcud iş yerlərinin sayından çoxdur. Digər tərəfdən, işəgötürənlər namizədlərdən iş təcrübəsi tələb edirlər. Gənclərin əksəriyyəti təhsil aldıqları müddətdə kifayət qədər praktiki təcrübə qazana bilmirlər. Nəticədə ali təhsil diplomuna malik olsalar da, iş təcrübəsi olmayan məzunlar əmək bazarına daxil olmaqda ciddi çətinliklərlə üzləşirlər".

Məşğulluq üçün hansı addımlar atılmalıdır?

Akif Nəsirli qeyd edib ki, mövcud problemlərin aradan qaldırılması üçün ilk növbədə ali təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması, universitetlərlə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Eyni zamanda, tələbələrin hələ təhsil aldıqları dövrdə praktiki bilik və bacarıqlar əldə etmələrinə şərait yaradılmalıdır: "Bu məqsədlə tələbələrin ödənişli təcrübə proqramlarına cəlb edilməsi, peşə və texniki təhsilin inkişaf etdirilməsi, gənclərə rəqəmsal və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların öyrədilməsi zəruridir. Bununla yanaşı, regionlarda yeni iş yerlərinin yaradılması və kiçik sahibkarlığın dəstəklənməsi də gənclərin məşğulluq imkanlarının genişlənməsinə müsbət təsir göstərə bilər".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri