İşğal dövründə su ehtiyatlarımızın talan edilməsi və Qalib Lider, Qalib Ordu tərəfindən bu talana son qoyulması ŞƏRH
Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda su ehtiyatlarının əsas hissələrindən biri Qarabağ və Şərqi Zəngəzur ərazilərinin payına düşür. Belə ki, uzun illər Azərbaycana qarşı torpaq iddialarından əlçəkməyən ermənilər xalqımıza qarşı amansızca törətdikləri soyqırmlar, torpaqlarımızı işğal etməklə yanaşı həmdə, ölkəmizin təbii su ehtiyatlarının istifadəsinidə məhdudlaşdırırdı. Yerləşdiyi əlverişli iqlim şəraitinə və coğrafi relyefinə görə təxminən Azərbaycanın su ehtiyatının 25%-i (orta hesabla illik 2 milyard 560 milyon kubmetr) bu ərazilərin payına düşür. Bu mənbələr həm kənd təsərrüfatı, həm də enerji istehsalı üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər işğal altında olan bu ərazilərdə su ehtiyatlarından istifadə edilməsi məhdud olduğu üçün həmin ərazilərə yaxın bölgələrimizdə uzun illər kənd təsərrüfatında, enerji ehtiyatlarından istifadə edilməsində və içməli suyun istifadəsində ciddi narahatlıqlar yaranırdı.
Tərtər çayı üzərində 1976-cı ildə tikintisi və istifadəyə verilməsi birbaşa Ümummilli Lider Heydər Əliyev tərəfindən reallaşdırılan Sərsəng su anbarı da əsas suvarma və enerji istehsalı mənbələrindən biri idi. Ümumi həcmi 565 milyon kubmetr və 50 Mvt gücə malik olan Sərsəng su anbarının uzun illər işğal altında qalması və istifadəyə yararsız hala salınması işğal altında olan ərazilərə yaxın olan Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağcabədi, Ağdamın işğaldan kənarda qalan 22.6% hissəsi və digər bölgələrimizin suvarma, içməli su və elektrik enerjisi ilə təmin olunmasında ciddi problemlər yaratmışdı. Təxminən 100 min hektardan çox olan torpaq sahələrinin suvarıla bilməməsi məhsuldarlığı böyük ölçüdə aşağı salırdı.
Azərbaycana qarşı göstərilən ən böyük təzyiqlərdən biri isə Suqovuşan su anbarının Ermənistanın nəzarətinə keçməsi idi. Ölkənin ən böyük su ehtiyatlarından birini özündə birləşdirən Suqovuşan su anbarının ümumi həcmi 5.6 milyon kubmetr idi. Ermənistan tərəfi ərazilərimizin suya ən ehtiyac duyulduğu aylarda anbarın qapaqlarını bağlaması ərazilərimizin susuz qalmasına və kənd təsərrüfatının məhv olmasına səbəb olurdu. Onlar bununlada qalmır soyuq aylarda qapaqları yeniden açaraq ərazilərimizdə sel və daşqınlar yaradaraq ətraf kəndlərə, yollara və təsərrüfata ciddi şəkildə ziyan vururdular.
İşğal dövründə su anbarlarının nəzarətsiz və natəmiz saxlanılması, su axınlarının qəsdən manipulyasiya edilməsi ətraf ərazilərdə çayların, su quyularının qurumasına, flora və faunanın məhv olmasına böyük təsir göstərirdi.
Azərbaycanın işğal dövründə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki su ehtiyatlarından istifadə edə bilməməsi ölkədə alternativ su mənbələrindən istifadə edilməsi zərurəti yaratmışdı. Bu səbəbdən işğal edilmiş ərazilərə yaxın olan ərazilərimizdə kütləvi şəkildə 3 mindən çox subartezian quyuları qazılmışdır. Bununla yanaşı həmin ərazilərdə Kür çayından və digər daxili su mənbələrindən istifadə edilməsi üçün güclü mexaniki Nasos Stansiyaları tikilmişdir. Mingəçevir su anbarından istifadə edilməsi və həmin ərazilərin suvarılmasına köməklik məqsədi ilə Yuxarı Qarabağ Kanalınında istifadəsi ən yüksək həddə çatdırılmışdı.
Əlbəttə Azərbaycanın su ehtiyatlarının böyük bir hissəsinin işğal edilmiş ərazilərdə yerləşməsi sadəcə ətraf ərazilərə yox ölkənin bütün ərazilərində su problemlərinin yaranmasına səbəb olurdu. Həmin dövrlərdə Bakı və Abşeron ərazilərində su problemlərinin həlli üçün də alternativ yollar yaradılırdı. Bu səbəbdən Ceyranbatan su anbarının əhəmiyyəti dahada artmışdı və burada dünyanın ən böyük ultrasüzgəcli su təmizləyici qurğuları istifadəyə verilmişdir. Ən böyük layihələrdən biri isə 2013-cü ildə Taxtakörpü su anbarının istifadəyə verilməsi idi. Su anbarının ümumi tutumu 270 milyon kubmetr idi və Azərbaycanın Şimal bölgələri ilə Abşeron yarımadasının su təhlükəsizliyinin böyük bir hissəsi aradan qaldırılmışdı. Bununla yanaşı 2010-cu ildə istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri ətraf əraziləri və Bakını şirin su ilə təmin edən əsas mənbələrdən biri idi. Su ehtiyatı Qafqaz dağlarının ətəklərindən 100-ə yaxın subartezian quyularının qazılması ilə əldə edilirdi.
Ermənistan tərəfi bizim su ehtiyatlarımızın istifadəsinin qarşısını almaqla qalmır, həmin ərazilərdə təbii su mənbələrindən qanunsuz şəkildə istifadə edirdi. Onlar həmin ərazilərdə 2 minə yaxın subartezian quyularından istifadə etmiş və ya yenilərini qazmışdır. Bununla yanaşı Kiçik Su Elektirik Stansiyalarının tikir, Su anbarlarından qanunsuz şəkildə kanallar çəkir və mineral su mənbələrini talan edirdilər. Hətta onlar Kəlbəcərin mineral suyu olan “İstisu” bulaqları üzərində qanunsuz zavodlar tikir və bu suları qablaşdıraraq Ermənistan məhsulu kimi xarici bazarlara çıxarırdılar.
Əlbəttə Cənab Ali Baş Komandan İlham Əliyevin, Müzəffər Ordumuzun və Qəhrəman Şəhidlərimizin qanları ilə qazandıqları 27 sentyabr 2020-ildə başlayan 44 günlük “Vətən Müharibəsi” və 19 sentyabr 2023-cü ildəbaşlayan 1 günlük “Antiteror əməliyyatları” ilə qazandığımız mütləq qələbə nəticəsində işğaldan azad edilən ərazilərimizdə təbii su ehtiyatlarımızın təhlükəsizliyi tam təmin edilmişdir.
Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Ölkə Rəhbərinin bildirdiyi kimihəmin ərazilərdə və ölkəmizin bütün ərazilərində su ehtiyatlarının səmərəli şəkildə istifadə edilməsi tam təmin edilmişdir. Və bu ehtiyatlardan istifadənin dahada genişləndirilməsi üçün yeni proqramlar yaradılmışdır.
Baxış sayı:69
Bu xəbər 16 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















