Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

İşğaldan azad edilən torpaqlarımız yenidən sürətlə bərpa edilir, vətəndaşlarımız öz yurd yuvalarına qayıdırlar

İşğaldan azad edilən torpaqlarımız yenidən sürətlə bərpa edilir, vətəndaşlarımız öz yurd yuvalarına qayıdırlar

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Vətən müharibəsinin 21-ci günündə daha bir şəhərimiz düşmən tapdağından azad edildi. Rəşadətli ordumuzun səyləri nəticəsində Füzuli şəhəri azadlığına qovuşdu. Gecədən səhərə qədər gedən şiddətli döyüşlərin uğurlu nəticəsinin xəbərini oktyabrın 17-də aldıq.

Prezident İlham Əliyev növbəti müjdəli xəbəri paylaşdı: "Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib: Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri".

Həmçinin Müzəffər Ali Baş Komandan xalqa müraciətində 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkam qurduğunu və bəzilərinin Füzuli şəhərini işğaldan azad etməyin mümkünsüz olduğunu hesab etdiyini xatırlatdı: "Tanınmış hərbi ekspertlər Füzulini işğaldan azad etməyə aylarla vaxt lazım olduğunu deyirdi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gəldi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanırlar. 44 günlük müharibənin gedişində Azərbaycan özünün şanlı qələbəsini qazandı: Bizim ərazi bütövlüyümüz bərpa olundu. Yadınızdadırsa, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident oraya səfər edib demişdir ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlı azaddırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi.

Füzuli və Cəbrayılın işğal zamanı məruz qaldığı erməni vandalizmini ölkə başçısı özü birbaşa xalqa göstərdi. Şübhəsiz, bu ərazilər yenidən bərpa edilir və əvvəlkindən də yaxşı olacaq. İşğaldan azad edilmiş digər rayonlarımız kimi Fizuli rayonu da, ən çox dağıntılara məruz qalmış rayondur.

44 günlük tarixi müharibə Azərbaycan Respublikasının qələbəsi ilə başa çatdı:
“Bu qələbənin 3 mühüm faktoru var.

1. Uğurlu qərarları və nəticəli əmrləri ilə sevilən Ali Baş Komandan İlham Əliyev.
2. Məğrur, qüdrətli, cəfakeş və Prezidentinə sadiq Azərbaycan xalqı.
3. Ölkə başçısının illərdir hazırladığı dünyanın ən qütrətli ordularından sayılan Azərbaycan Ordusu.

Bu səfərdə xalqın ölkə rəhbərinə olan çox böyük sevgisi və məhəbbəti bir daha üzə çıxdı. Bizi güclü edən budur. Azərbaycanın qələbəsini şərtləndirən mühüm amillərdən biri vətəndaş həmrəyliyinə nail olmağımızdır. Bir xalq öz Prezidentinə belə məhəbbət bəsləyirsə, həmin ölkə başçısı ən böyük xariqələri yaratmağa qadir olur.

Bu reallıq 10 noyabr tarixində Ermənistan baş nazirinin kapitulyasiya aktını qəbul etməyə məcbur etdi. Bu tarixi qələbədən sonra ölkə başçısının ilk səfərini işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına etməsi tam məntiqli idi. Ölkə başçısının ilk səfərini işğaldan azad edilən torpaqlara etməsi bir daha onu göstərdi ki, cənab Prezidentin bütün siyasətinin fəlsəfəsi, mahiyyəti bu torpaqların işğaldan azad edilməsi idi.

Diqqətdən yayınmayan bir nüans da odur ki, ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdiyi ilə bağlı fikirlər səsləndirdi. Diqqət etsəniz, cənab Prezident özü də göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən sürətlə bərpa edilir, vətəndaşlarımız öz yurd-yuvalarına qayıdırlar.

Bu səfərlər həm də onu göstərdi ki, xalq öz Prezidentini necə sevgi ilə qarşılayır. Bu gün xalqın qəlbində öz Prezidentinə böyük bir sevgisi var.

Yaşasın müzəffər Azərbaycan ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyev!

Hasil Bağışov,

YAP Masallı rayon təşkilatının fəal üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri