Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır ŞƏRH

İşğaldan azad edilmiş ərazilərə səfərin müddətinin uzadılması vətəndaşlara yeni imkanlar yaradır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 iyul, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərə son dövrlərdə vətəndaşlarımızın marağı getdikcə artır. Bu maraq həm orada əvvəllər yaşamış şəxslər, həm də həmin bölgələri görməmiş digər vətəndaşlar arasında müşahidə olunur. Vətəndaşların həmin bölgələrə səfər etmək - o torpaqlara ayaq basmaq, tarixi-mədəni irsimizi görmək, yaxından öyrənmək arzusu kifayət qədər güclüdür. Biz vətəndaş cəmiyyətinin – qeyri-hökumət təşkilatlarının nümayəndələri olaraq bu istəyi tez-tez eşidirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə söyləyib.

Əvvəllər avtomobillə səfərlər üçün verilən icazə müddətinin iki günlə məhdudlaşmasının bəzi narahatlıqlara səbəb olduğunu deyən İ.Rizazadə artıq həmin müddətin beş günədək artırılmasının çox müsbət addım olduğunu, vətəndaşlar üçün əlavə imkanlar açdığını qeyd edib.

“Bu gün insanların həmin ərazilərə səfəri bölgənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə icazə prosedurları, səfər qaydaları, otel yerləşmə məsələləri getdikcə sadələşdirilir. Yeni qəbul edilmiş dəyişikliklərə əsasən, artıq vətəndaşlarımız azad olunmuş bölgələrdə beş günədək səfərdə qala bilərlər. Bu da onlara həmin əraziləri daha ətraflı görmək, tanımaq və dərk etmək imkanı verir. Səfər zamanı otellərdə qalmaq üçün əlavə icazə prosedurlarına da ehtiyac qalmır. Həmin beş günlük müddət ərzində azad olunmuş ərazilərdə qalmaq da qanuni və avtomatik həyata keçirilir. Yəni, vətəndaşların həmin otellərdə qalması üçün əvvəlcədən rezervasiya etmələri də mümkündür, ya da yerindəcə bu qərarı verə bilərlər. Hətta vətəndaşların səfərlərinin necə təşkil olunacağı məsələsində də onlara yerindəcə dəstək göstərilir. Səfərin planlaşdırılması, marşrutların müəyyənləşdirilməsi, görüləcək yerlərlə bağlı ilkin məlumatların verilməsi baxımından otel əməkdaşları tərəfindən vətəndaşlara yardım olunur. Bundan əlavə, əgər vətəndaş işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərən oteldə əvvəlcədən rezervasiya edibsə, əlavə olaraq bir daha icazə üçün müraciət etməyinə ehtiyac qalmır. Giriş icazəsi artıq otel tərəfindən təmin olunur. Bu isə prosesi hüquqi və texniki baxımdan daha əlçatan və çevik edir. İnsanların öz şəxsi minik avtomobilləri ilə həmin ərazilərə gedə bilməsi də əlavə rahatlıq yaradır. Bütün bunlar da dövlətin vətəndaş rahatlığı baxımından atdığı mühüm addımlardan biridir və əhalinin istəyini nəzərə almağın, onların səsini, fikirlərini eşitməyin bariz nümunəsidir”, - deyə o diqqətə çatdırıb.

İradə Rizazadə bildirib ki, bütün bunlar turizmin inkişafına dəstək verməklə yanaşı, həm də sahibkarlığın genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır: “Artıq bir çox sahibkarlar da bu ərazilərə maraq göstərirlər və belə gözəl bölgələrimizdə biznes infrastrukturunun yaradılması üçün təşəbbüslərlə çıxış edirlər. Azərbaycan dövləti də onlara bu proses də dəstək olur. Məqsəd odur ki, insanlar bu torpaqlarda rahat şəkildə yaşaya bilsinlər və orada həyat tədricən öz axarına qayıtsın. Eyni zamanda, qeyd etmək lazımdır ki, turizmin və sahibkarlığın inkişafı doğma torpaqlarına qayıdan məcburi köçkünlərimiz üçün də yeni imkanlar yaradır. Bu ərazilərdə həyata keçirilən layihələr nəticəsində onlardan bir çoxu öz vətənlərində işlə təmin olunurlar. Bu isə, əlbəttə ki, bölgədə yaşayan əhalinin sosial rifahının yüksəldilməsinə və dayanıqlı məskunlaşmanın təmin olunmasına mühüm töhfə verəcək”.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq məhdudiyyətlər hələ ki, davam etməlidir. Bu vətəndaşların sağlamlığı və təhlükəsizliyi baxımından ən vacib şərtlərdən biridir: “Düzdür, zaman keçdikcə azad edilmiş ərazilərə giriş üçün icazə prosedurları sadələşdirilir. Lakin icazələrin verilməsi, məhdudiyyətlərin saxlanılması mütləqdir. Çünki bu, ilk növbədə, insanların təhlükəsizliyinin təmin olunması baxımından son dərəcə vacibdir. Əlbəttə, təhlükə hələ də var – xüsusilə mina təhlükəsi. Lakin artıq bəlli ərazilər var ki, həmin yerlər tam şəkildə mina təmizləməsindən keçib. Düzdür, vətəndaşlar bu barədə maarifləndirilir, təhlükələr və davranış qaydaları haqqında onlara ətraflı məlumatlar verilir. Amma hər birimiz bilirik ki, bütün bunlara baxmayaraq bəzi hallarda arzuolunmaz hadisələr də baş verir. Məsələn, vətəndaş öz minik avtomobili ilə əraziyə daxil olur, lakin müəyyən qaydalara laqeyd yanaşdıqda bu, çox acı nəticələrə səbəb olur. Çünki mina təhlükəsi hələ də tamamilə aradan qalxmayıb. Sadəcə, məsələ ondadır ki, insanlar təhlükələrin fərqində olmalı və özlərinin, yaxınlarının həyatlarını qorumaq üçün bütün zəruri tələblərə ciddi şəkildə əməl etməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri