Icma.az
close
up
RU
Azı qərar, çoxu zərər...

Azı qərar, çoxu zərər...

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bir çox ədviyyatlar kimi darçının da insan sağlamlığı üçün faydaları bitib tükənməzdir. Cinnamomum adı verilən ağacların iç qabıqlarından əldə edilir. Gözəl qoxusunu və dadını verən isə yağıdır. Bu yağda sinnameldehit adlandırılan maddə mövcuddur. Həzm prosesini qaydaya salan, immuniteti gücləndirən darçının faydaları məhz bundan qaynaqlanır.

“Qafqazinfo” darçının faydalarını təqdim edirik:

Darçın göbələk infeksiyalarına qarşı istifadə edilir. Hətta dırnaqdakı göbələyi yox etmə gücünə sahibdir. Orqanizmi gücləndirir. Mədə problemləri zamanı effektivdir. Tez-tez istifadə edildiyi təqdirdə xərçəngin qarşısını ala bilir. Xüsusilə mədə və bağırsaq xərçəngi zamanı olduqca yararlıdır. Sümükləri gücləndirir, sümüklərin inkişafına kömək edir. Bakteriyaları məhv edə bilir, pis qoxuları aradan qaldırır.

Stress azaldıcı, əsəb sakitləşdiricidir. Yaddaşı gücləndirir. Altsheymer xəstəliyi olanlar üçün də olduqca faydalıdır. Diqqət əksikliyi problemi yaşayanlar üçün olduqca təsirlidir. Arıqlamağa kömək edir. Əzələ ağrılarını yox edir. Yorğunluğu aradan qaldıraraq enerji verir.

Xolesterini aşağı salmaq üçün faydalıdır. Diş və diş ətində yaranan zərərverici bakteriyaları yox edir, ağız qoxusu zaman effektiv təsir göstərərək aradan qaldırır. Boğaz ağrısı, öskürək, soyuqdəymə zamanı rahatlıqla darçından istifadə edilir. Mikrobları öldürdüyü üçün belə ərəfələrdə çox istifdə edilməlidir.

Darçın çayı baş ağrıları zamanı effektivdir. Ağrını azaldır. Qan dövranını sürətləndirir və qandakı oksigen miqdarını artırır. Parkinson xəstəliyi zamanı istifadə edilir. Diabet xəstələri üçün olduqca faydalı ədviyyatdır. Darçın dəri sağlamlığı cəhətdən olduqca təsirlidir və dəridəki səpkilərə, infeksiyaya qarşı faydalıdır. Ana südünü artırır.

Ürək xəstəlikləri zamanı faydalıdır. Tərkibi antioksidantlarla zəngin olduğu üçün xüsusilə qış aylarında istifadəsi tövsiyə edilir. Ancaq bütün bunlara baxmayaraq həddindən çox istifadə edilərsə faydaları ilə yanaşı əks göstərişləri də mövcuddur.

Zərərlərindən bir neçəsini təqdim edirik:

Çox istifadəsi qaraciyər çatışmazlığına səbəb ola bilər. Dəriyə tətbiq olunduğu təqdirdə yanma, dəri zədələnməsi yarada bilər. Çox istifadə edilərsə həmçinin ürək döyüntüsündə artışa yol aça bilər. Su içmədən darçın tozu udmaq olduqca təhlükəlidir və ciddi şəkildə boğulma yarada bilər. Az istifadəsi xeyir, amma çox istifadəsi mədəni zədələyə bilər. Ağızda yanma hissi yaradıb, yaralara yol aça bilər.

Məqsədsiz formada istifadəni artırmaq böyrəklər üçün zərərlidir. Qadınlıq əzələlərinin sıxılmasına, gərginləşməsinə yol aça bildiyindən adətən hamiləlik zamanı istifadəsi tövsiyə edilmir. Normadan artıq qəbulu vücudda toksik maddələrin toplaşmasına yol aça bilər. Qan şəkərini aşağı sala bilər ki, bu da baş gicəllənməsinə səbəb ola bilər. Darçın qanı durultduğu üçün beyin qanaxması, qanın durmaması kimi risklər ortaya çıxa bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 05:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri