İşğaldan azad olunan rayonlarda heç bir yaşayış evi istifadəyə verilməyib Statistika Komitəsi
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu ilin ilk 9 ayı ərzində Azərbaycanda ümumi sahəsi 1 milyon 349 min 574,8 kv. metr olan 10 min 282 yaşayış evi istifadəyə verilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, istifadəyə verilən yaşayış evlərinin 45%-i və ya 604 min 677 kv. metri paytaxt Bakının payına düşüb.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanın 12 şəhər və rayonunda 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib. Yaşayış evlərinin istifadəyə verilmədiyi şəhər və rayonların 10-u işğaldan azad olunan ərazilərdə yerləşir. Belə ki, bu ilin ilk 9 ayında Ağdərə, Xocalı, Şuşa, Xocavənd, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında və Xankəndi şəhərində 1 kv. metr də olsun yaşayış evi istifadəyə verilməyib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Əhalinin gəlirləri artıb Statistika Komitəsi
15 May 2025 16:30
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının növbəti iclası keçirilib
15 Aprel 2025 21:08
Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb
15 May 2025 13:25
Azərbaycanda işsizlik artır Dövlət Statistika Komitəsi
13 Sentyabr 2025 17:09
Baxış sayı:75
Bu xəbər 06 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















