Icma.az
close
up
RU
İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

Icma.az, Sonxeber.az portalına istinadən məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərə yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın, Horadiz-Laçın, Xocalı-Xankəndi-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır.

"Report" AYNA-ya istinadən xəbər verir ki, müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 dekabr 2024-cü il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Gəncə-Xankəndi-Şuşa, Ağcabədi-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi), Bakı-Qubadlı, Mingəçevir-Xankəndi-Laçın və Horadiz-Laçın istiqamətlərində 7 Lot üzrə dekabrın 27-də, Xocalı-Xankəndi-Şuşa və Naftalan-Suqovuşan şəhərlərarası, eləcə də Xankəndi 1 və 2 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə 4 Lotda 2025-ci ilin yanvarın 10-da baxılacaq.

Qeyd edək ki, Ağcabədi-Xankəndi-Laçın və Mingəçevir-Xankəndi-Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 17 Noyabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see170

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see149

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see139

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see137

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see135

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see134

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see133

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see131

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see129

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see127

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see126

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see126

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see125

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see123

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see122

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see121

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see121

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see121

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri