Icma.az
close
up
RU
İşğaldan azad olunmuş rayonlarımızda enerji stansiyalarının quraşdırılması çox vacibdir EKSPERT FİKRİ

İşğaldan azad olunmuş rayonlarımızda enerji stansiyalarının quraşdırılması çox vacibdir EKSPERT FİKRİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ümumiyyətlə transformator elektrik maşını olaraq elektrik enerjisinin gücünü sabit saxlamaqla, gərginlik pilləsini dəyişərək uzaq məsafəyə otürülməsi üçündür. Transformator yarımstansiyaları təyinatına görə iki yerə bölünür: yüksəldici və alçaldıcı.

Generasiya gərginliyi yüksəldici yarımsatansiyada transformatorlarla ötürülən məsafəyə uyğun olaraq gərginliyin tələb olunan pilləsinə qədər yüksəldilir və elektrik verliş xətləri ilə təyinat yerinə çatdırılır və burada alçaldıcı yarımstansiyalarda işlədicilərin təlabatına uyğun gərginlik pilləsinə endirilir". Bu sözləri SİA-ya açıqlamasında enerji məsələləri üzrə ekspert Sadiq Həsənov deyib.

Onun sözlərinə görə, transformator stansiyasının quraşdırılması, adətən, bu tip energetik qurğularda hava xətti ilə ötürülən cərəyanın gücünün artırılması və ya sabit saxlanması məqsədilə həyata keçirilən texniki bir prosesdir: "Transformator o halda quraşdırılır ki, hava xətti ilə uzun məsafələrə elektrik enerjisi ötürülərkən qızma nəticəsində enerji itkisinin qarşısı alınsın və stabil enerji təminatı olsun. Bu səbəbdən müəyyən məsafələrdə transformator stansiyaları quraşdırılır. Həmin transformator stansiyaları həm cərəyanın gücünü artıra bilir, məsələn, 35Kilovoltdaxil olarsa, onu 50–60 kilovolt və ya 110 kilovolta qədər artıra bilər, həm də cərəyanı aşağı salıb gücü stabil saxlamaqla digər məntəqəyə ötürülməsini təmin edir.

Kəlbəcərdə quraşdırılan transformator stansiyası da düşünürəm ki, məhz bu məqsədlə nəzərdə tutulmuşdur. Həm Kəlbəcərin sabit elektrik enerjisi ilə təmin olunması, həm də ötürmə zamanı yaranan enerji itkilərinin qarşısının alınması üçün bu stansiyanın qurulması çox mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, transformator qurğularının əsas funksiyalarından biri də elektrik enerjisinin sabit şəkildə ötürülməsini təmin etməkdir. Əgər üzərində 35 kilovolt güc yazılıbsa, bu, deməkdir ki, həmin cərəyanı təqribən 35 km məsafəyə stabil ötürmək mümkündür.
Kəlbəcər işğaldan azad olunduqda ən çox dağıntıya məruz qalan rayonlardan biridir. Rayon təmamilə yenidən tikildiyindən və yeni yaşayış məntəqələrinin salındığını nəzərə alsaq, stabil elektrik enerjisi təminatı üçün transformator stansiyasının quraşdırılması çox vacibdir. Bu cür stansiyaların işlənməsi zamanı ətraf mühitə təsir yaranır və stansiyanın ətrafında bəzi ekoloji tədbirlər də həyata keçirilməlidir. Çünki istifadə olunan yanacağın təsiri nəticəsində və stansiyasının işləməsi zamanı karbon dioksid (CO2) yaranır və bu qazın ətraf mühitə təsirini azaltmaq məqsədilə yaşıllaşdırma işləri aparılmalıdır. Bu tədbirlər karbon dioksidin udulmasını təmin edər və tullantıların ətraf mühitə zərər verməsinin qarşısını alar. Düşünürəm ki, layihəni həyata keçirən “ Azərişıq” Açıq səhmdar cəmiyyəti (ASC) ekoloji problemlərin yaranmaması üçün tədbirlər nəzərdə tutublar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri