Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Enerji keçidi qlobal iqtisadiyyatı yenidən formalaşdırır EKSPERT FİKRİ

Enerji keçidi qlobal iqtisadiyyatı yenidən formalaşdırır EKSPERT FİKRİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Aydın məsələdir ki, enerji keçidi enerjiyə təlabatın sürətlə artdığı bir dövrə təsadüf edir və bu proses paralel şəkildə irəliləməkdədir. Amma buna baxmayaraq, enerji keçidi istiqamətində təhlillər onu göstərir ki, ciddi nailiyyətlər əldə edilməkdədir. Bir çox ölkələr o cümlədən, Avropa Birliyi, Çin, ABŞ kimi böyük iqtisadiyyatlarda enerji keçidinin sürətlə irəliləməsi, ümumi enerji təchizatında payının artması istiqamətində meyillər, eyni zamanda uzunmüddətli dövrdə müəyyən edilmiş hədəflər onu deməyə əsas verir ki, bu mümkün olan prosesdir. Amma mövcud proses müxtəlif eniş-yoxuşlu dövrlər, periodlarla müşahidə edilir və əlbəttə ki, ənənəvi karbohidrogen əsaslı yanacağın qiymətlərindən, qlobal iqtisadi trendlərin inkişaf meyillərindən asılı olaraq intensivliyin artıb-azalması müşahidə edilir. Həmin dövrdə “fosil” yanacağın qiyməti aşağı olursa, enerji keçidi istiqamətində iri investisiyaların edilməsi meyilləri zəifləyir, çünki bunun cəlbediciliyi azalır və bu mənbələrdən alınan enerjinin nisbətən baha başa gəldiyini nəzərə almış olsaq, bazarda rəqabət imkanları məhdudlaşır. Hansı dövrlərdəki əksinə, karbohidrogen əsaslı yanacağın qiymətləri artır, enerjinin qiyməti bahalaşır”. Bu sözləri iqtisadçı ekspert Rəşad Həsənov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu dövrdə tamamilə enerjiyə transformasiya siyasətinin intensivliyinin artdığı müşahidə olunur: “Enerji qiymətləri və enerji keçidinin investisiyalarının həcmi arasında düz asılılıq, korrelyasiya var. Eyni zamanda burada ikinci aspekt ondan ibarətdir ki, hazırda biz ənənəvi enerji sahəsində fəaliyyət göstərən iri kapitallı transmilli şirkətlərin də bərpa olunan enerjiyə investisiya etdiyini müşahidə edirik və onlar da fəaliyyət sferalarında keçid siyasəti həyata keçirməyə başlayıblar. Təbii ki, ənənəvi enerjinin qiyməti bərpa olunanda bu şirkətləri təkrar investisiya imkanı artır və buna müvafiq olaraq transformasiya siyasətini daha da sürətləndirə və bu istiqamətdə daha çox vəsait ayıra bilirlər. Əksinə qiymətlər aşağı düşəndə həmin şirkətlərin investisiya etmə imkanları məhdudlaşır. Buna görədə burada müəyyən ləngimələr müşahidə olunur. İstənilən halda bu bir prosesdir”.

İqtisadçı bildirib ki, növbəti 40-50 ildə ənənəvi enerji mənbələri iqtisadiyyatda enerji təlabatının ödənilməsində əsas mənbələrdən biri kimi çıxış etməyə davam edəcək: “Əgər biz bərpa olunan alternativ külək, günəş enerji mənbələrinin potensialının həcminə diqqət yetirmiş olsaq, nəzəri baxımdan enerji keçidinin 100% təmin edilməsi mümkündür. Uzunmüddətli dövrdə 60-70 ilə qlobal maraq qruplarının təmsilçiliyindən asılı olacaq. Bu keçidi uğurla başa çatdırmaq mümkündür. Bu o demək deyil ki, karbohidrogen resurslarına ehtiyac tam aradan qalxacaq. Karbohidrogen resursları, əsasən daha çox enerji mənbəyi kimi istifadə olunsa da, düşünürəm ki, növbəti keçid-transformasiya dövründə karbohidrogen resursları alternativ məhsullarının istehsalının mənşəyi, xammalı kimi istifadə olunmağa başlayacaq. İstənilən halda dünyada karbohidrogen mənşəli məhsullara sənayenin müxtəlif sahələrində, kimya, dərman təchizatı və digər bu kimi sahələrdə hər zaman ehtiyac yaranacaq. Dünya əhalisinin sürətli artığı bir dövrdə bu tələb müvafiq istiqamətdəki resursların bazarda öz payının müəyyən bir qisminin qoruyub saxlanması üçün konyukturu təmin edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri