Icma.az
close
up
RU
Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulmuşdur. Demək olar ki, Zəngilan, Qubadlı, Füzuli, Hadrut, Kəlbəcər, Laçın, Xocavənd, Şuşa, Xankəndi və digər istiqamətlərdə bütün rayonlara gedən yollar tam şəkildə bərpa olunmuş və müasir tələblərə uyğun şəkildə istifadəyə verilmişdir. Bu, regionda turizmin inkişafı üçün əsas amillərdən biri hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Onun sözlərinə görə, hazırda işğaldan azad olunmuş qəsəbə və kəndlər arasında da yol infrastrukturu sürətlə qurulmaqdadır: "Bu sahədə qısa müddət ərzində böyük nailiyyətlər əldə edilmişdir. Beləliklə, bir neçə il əvvəl arzu edilən hədəflər reallığa çevrilmiş, əhali doğma torpaqlarına qayıtmağa başlamışdır. Yol infrastrukturunun inkişafı turizmin təşviqi və regionun iqtisadi dirçəlişi üçün həlledici faktorlardan biridir.

Əsas məsələlərdən biri təhlükəsizliklə bağlıdır. Hazırda portal vasitəsilə həmin bölgələrə səfərlər mümkündür. Lakin əvvəlki dövrlərlə müqayisədə bu məhdudiyyətlər nisbətən yumşaldılmış və digər rayonlara səfər üçün də şərait yaradılmışdır. Bununla belə, bu məsələyə tələskənliklə yanaşmaq düzgün deyil.

Turistlərin Qarabağ bölgəsinə kütləvi şəkildə səfəri müsbət hal kimi qiymətləndirilsə də, burada həssas məsələ təhlükəsizlikdir. Belə ki, ərazilər hələ tam şəkildə minalardan təmizlənməyib. Lakin təhlükə yaradan əsas istiqamətlər artıq nəzarət altındadır və təmizlənmişdir. Yay aylarının yaxınlaşması ilə bölgəyə maraq artacaq və insanların Qarabağa səfər etmək istəyi güclənəcək".

Ekspert qeyd edib ki, gələcəkdə Laçın və Kəlbəcər rayonlarında müalicəvi xarakterli sanatoriyaların tikilərək istifadəyə verilməsi müsbət hal kimi dəyərləndirilsin: "Çünki həmin bölgələrin dağ relyefi, meşə massivləri və mineral bulaqları sanatoriyaların inşası üçün əlverişli şərait yaradır.

Zəngilan rayonundakı Qotursu bulağı dəri xəstəliklərinin müalicəsində effektiv vasitə hesab olunur. Laçında yerləşən Turşsu bulağı mədə-bağırsaq sisteminin problemlərinin aradan qaldırılmasında mühüm rol oynayır. Kəlbəcər rayonundakı İstisu bulağı isə çoxprofilli xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur. Bu bulaqlar vaxtilə Sovetlər İttifaqı dövründə və hazırkı zamanda da qablaşdırılmış formada satışa çıxarılır. Lakin bu suların yerləşdiyi ərazilərdə sanatoriyaların inşası beynəlxalq təcrübədə də geniş tətbiq olunur. Bu istiqamətdə atılacaq addımlar əcnəbi turistlər üçün də cəlbedici ola bilər.

Digər mühüm məsələ isə Qarabağ bölgəsində üç böyük hava limanının tikintisinin başa çatmasıdır. Bu, yaxın gələcəkdə xarici ölkələrdən bölgəyə birbaşa aviareyslərin təşkil olunmasına şərait yaradacaq və nəticə etibarilə turist axınının artmasına səbəb olacaq. Bu da bölgənin tam şəkildə turistik məkana çevrilməsinə xidmət edəcək"- deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri