Icma.az
close
up
RU
Aİ Azərbaycana niyə daha çox ehtiyac duyur? Əli Məsimli yazır

Aİ Azərbaycana niyə daha çox ehtiyac duyur? Əli Məsimli yazır

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın xarici siyasətində Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq xüsusi yer tutur. Tərəflər arasında ilk strateji sənəd 2006-cı ildə imzalansa da, əlaqələr xüsusilə son illərdə imzalanan yeni sazişlər və həyata keçirilən layihələrlə keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Azərbaycan ilə Aİ arasındakı münasibətlər enerji və nəqliyyat sahələrini əhatə edən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 18 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən yeni Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Bu sənəd 2027-ci ilə qədər Avropaya qaz ixracının ikiqat artırılmasını nəzərdə tutur.

Avropa İttifaqı Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşıdır. Eyni zamanda, Azərbaycan da Cənubi Qafqaz regionunda Aİ-nin əsas iqtisadi tərəfdaşıdır. 2025-ci ilin rəsmi statistikasına əsasən, Avropa İttifaqı ölkələrinin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 40 faizdən çox, ümumi ixracındakı payı isə daha yüksəkdir. Avropa İttifaqının Cənubi Qafqaz regionu ölkələri ilə ticarətinin üçdə ikisi Azərbaycanın payına düşür.

Avropa İttifaqı ilə Azərbaycan arasındakı yüksək səviyyəli dialoq tərəflər arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu kontekstdə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin iyulun 1-də Bakıya səfəri Avropa İttifaqı–Azərbaycan tərəfdaşlığının yeni keyfiyyət mərhələsinə keçməsinə təkan verməsi baxımından çox əhəmiyyətlidir. Avropa Komissiyasının prezidenti ilə aparılan müzakirələr göstərdi ki, bu səfərin əsas məqsədləri Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığı dərinləşdirmək, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirmək, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu, xüsusilə qaz tədarükü sahəsində strateji səviyyədə möhkəmləndirmək, Azərbaycanın təbii qaz təchizatçısı kimi rolunun artırılması ilə yanaşı, yaşıl enerji və Xəzərdən Avropaya elektrik enerjisinin ötürülməsi layihələrində əməkdaşlığı genişləndirmək, Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz və rəqəmsal layihələr üzrə əməkdaşlığı inkişaf etdirmək və regiondakı sülh prosesinə dəstək vermək idi.

Azərbaycan Avropa İttifaqının əsas problemi olan enerji təhlükəsizliyində fəal rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib ki, "Strateji enerji tərəfdaşlığı haqqında memorandumun imzalanmasından dörd il sonra Aİ ölkələrinə qaz ixracı təxminən 65 faiz artıb. Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv ölkələrinə düşür və ümumilikdə Aİ-nin 10 ölkəsi Azərbaycan qazının alıcısıdır."

Avropa İttifaqı bazarı Azərbaycan üçün əsas strateji premium bazar hesab olunur. Ona görə də Azərbaycan Avropa enerji bazarında mövcudluğunu genişləndirmək istəyir və Cənub Qaz Dəhlizinin ötürücülük gücünün mərhələli şəkildə artırılması istiqamətində infrastruktur layihələri davam etdirilir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen birgə bəyanat zamanı Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha sübut etdiyini bildirib və enerji sahəsinin bu münasibətlərin ən vacib sütunu olduğunu vurğulayıb.

Azərbaycanla Avropa İttifaqı arasında ticarət əlaqələrində müsbət dinamika davam etsə də, ixracın əsas hissəsi yenə də neft-qaz sektorunun, xüsusilə Avropanın qaz təminatında mühüm rol oynayan Cənub Qaz Dəhlizi vasitəsilə daşınan təbii qazın payına düşür. Ona görə də danışıqlar zamanı tərəfdaşlığın yalnız enerji ilə məhdudlaşmayaraq ticarət, nəqliyyat, rəqəmsal bağlantılar və iqtisadiyyat sahələrini də əhatə edəcək şəkildə genişləndirilməsi məsələləri də müzakirə olunub.

Dəyişən beynəlxalq mühit və Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi nəticəsində Cənubi Qafqazda yaratdığı yeni situasiya və reallıqlar şəraitində Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın daha da güclənməsi və genişləndirilməsi üçün yeni imkanlar açılıb. Azərbaycan üzərindən keçən kommunikasiyalar Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Orta Dəhlizin əhəmiyyətinin getdikcə artması Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının genişlənməsi və dərinləşməsi üçün çox unikal bir strateji fürsətdir və bundan maksimum yararlanmaq lazımdır. Bu, təbii ki, ilk növbədə həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində əməkdaşlığın genişlənməsinə imkan yaradacaq. Amma Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının genişlənməsi və dərinləşməsi təkcə enerji sektoru ilə məhdudlaşmamalıdır. Bu məsələ Aİ tərəfində sözdən əmələ keçməli, Azərbaycanın Avropa enerji bazarında mövcudluğunun genişləndirilməsi istiqamətindəki səyləri, eyni zamanda, həm də birgə fəaliyyət üçün yeni formatların işə düşməsi ilə müşayiət olunmalıdır. İqtisadi əməkdaşlığın şaxələndirilməsinə, rəqəmsal innovasiyalara, infrastruktura, logistikaya, regional layihələrin reallaşmasına, qeyri-neft sektorunun inkişafına dəstəyə, maliyyə və yüksək texnologiyalar sahələrində tərəfdaşlıqların dəstəklənməsinə diqqət artırılmalıdır. Bu istiqamətlərdə real addımların atılması bərpa olunan enerji də daxil olmaqla enerji keçidinin genişlənməsinin dəstəklənməsi ilə yanaşı, Aİ ölkələri və Azərbaycan şirkətləri arasında əməkdaşlıq və innovasiya üçün əlavə platformalar yaradaraq investisiya imkanlarının genişləndirilməsinə, perspektivli sahələrə investisiyaların artmasına, yeni ticarət əlaqələrinin yaranmasına, qabaqcıl texnologiya və innovasiya sahəsində tərəfdaşlığın gücləndirilməsinə və sair bu kimi istiqamətlərdə qarşılıqlı faydalı layihələrin reallaşdırılması dairəsinin genişlənməsinə güclü təkan verə bilər.

Əli MƏSİMLİ,

millət vəkili

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri