Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

“İsgəndər M” və “İsgəndər E” raketlərinin Ermənistanda nə işi var idi? Azər Badamovdan AÇIQLAMA

“İsgəndər M” və “İsgəndər E” raketlərinin Ermənistanda nə işi var idi? Azər Badamovdan AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Ağdamda məcburi köçkünlərlə görüşü zamanı səsləndirdiyi fikirlərdə 44 günlük Vətən müharibəsinin siyasi, tarixi və ideoloji nəticələri xüsusi vurğulanıb. Xankəndidə açılan Zəfər tağının simvolik mənası, Ermənistanın yeni reallıqlarla barışmağa məcbur qalması və Zəfər tarixinin gələcək nəsillərə ötürülməsinin vacibliyi prezidentin çıxışında vurğulanıb.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, prezident Ağdamdan olduqca dərin mənalı fikirlər səsləndirdi:

"Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan dövlətinin ən çox fokus olduğu məsələdir. Bu istiqamətdə qeyd olunmalıdır ki, Azərbaycanın daxili və xarici siyasətində sözügedən məsələ prioritet istiqamət təşkil edir. Bu dəfə də cənab Prezident İlham Əliyev iş qrafikini birinci olaraq Qarabağ üzərindən müəyyənləşdirdi. Yenə də dövlət başçımızın istisnasız addımına şahidlik etdik. Prezident xalqa verdiyi dəyər ənənəsinə sadiq qalaraq öz ad gününü Qarabağda, Ağdamda xalqı ilə bir yerdə keçirdi. Ağdam sakinləri ilə görüşdə səsləndirilən fikirlər, ötürülən emosiyalar ondan xəbər verir ki, Azərbaycan xalqı həqiqətən də öz liderini dəstəkləyir. Qarabağın və Şərqi Zəngəzurun bərpasında Azərbaycan dövləti və xalqı qətiyyət nümayiş etdirir. Məhz bu qətiyyətin, məhz bu səmimi dəstəyin biz bir daha şahidi oluq. Dövlət başçımız Ağdamdan olduqca dərin mənalı fikirlər səsləndirdi. Həmin bu fikirlər sülh quruculuğunun mövcud durumu, Azərbaycan xarici siyasətinin indiki məqamda atdığı addımlar və bütövlükdə otuz ilə yaxın zaman çərçivəsində Azərbaycanın məruz qaldığı haqsızlıqlarla bağlı idi".

Deputatın fikrincə, prezident çox aydın yanaşma ortaya qoydu və çox mükəmməl müqayisə apararaq bildirdi ki, dünyanın fərqli regionlarında separatist rejimlər yaradılarkən onlara qarşı qəti yanaşmanın və barışmaz mövqeyin olduğunu gördük.

"Azərbaycana gəldikdə isə durum tamamilə fərqli və səthi idi. Azərbaycan torpaqlarında separatist rejim yaratmaqla işğalı əbədi etmək və bunu Azərbaycan xalqına qəbul etdirmək istəyirdilər. Lakin biz bununla barışmadıq. ATƏT-in Minsk qrupu ötən dövr ərzində heç bir əməli addım atmadı, işğalçıya dəstək verməkdən, qol-qanad olmaqdan başqa. Biz masa arxasında, qarşımızda sadəcə Ermənistanı deyil, həm də bu qrupu gördük. Sözügedən qrupa daxil olan ölkələr Ermənistana sanksiya tətbiq etmək əvəzinə, təzyiq etmək yerinə işğalçı tərəfə dəstək verirdi. Sözsüz ki, bu da Azərbaycan xalqının səbr kasasını doldurdu. Mahiyyət etibarilə Azərbaycan elə bir siyasət ortaya qoydu ki, sadəcə Ermənistanı deyil, ona havadarlıq edən qüvvələri də yanıltdı. 8 avqust tarixində imzalanan sənədlər mövcud reallığın möhürüdür. Bu gün Qarabağ və Şərqi Zəngəzur qurulur, bərpa edilir. İnsanlar öz dədə-baba yurdlarına köçürlər. Azərbaycan dövləti bu işi öz gücü, qətiyyəti və maliyyə resursları hesabına təmin edir. Dövlət başçımız bildirdi ki, illər ərzində Türkiyə bizim yanımızda olan tək aktor oldu. Beynəlxalq təşkilatlar səviyyəsində Azərbaycana dəstək verən tərəflər də var idi. İslam dünyası Azərbaycanı dəstəkləyirdi. Məsələ ondan ibarət idi ki, Azərbaycan güclü olmaq yolunu zamanında dərk etdi. Çox təəssüflər olsun ki, bizim düşmənlərimizin sayı dostlarımızın sayından çox idi. Amma Azərbaycan yenə də haqq savaşından dönmədi. Biz mübariz xalq olduğumuzu, torpaqların tarixi baxımdan bizə məxsus olduğunu sübut etdik. Bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstünə daş qoyardı, amma bunu etmədi. Qoyulmuş daşları da sökdü, apardı, taladı və bu işdə Ermənistan tək deyildi. Onun havadarları talançılıq siyasətinə dəstək oldular. Böyük dövlətlərin nüfuzlu şirkətləri Azərbaycanın mədəni sərvətlərini, qızıl yataqlarını, yeraltı, yerüstü sərvətlərini taladı, Qarabağdan daşıdı. Bu işin həyata keçirilməsində, hüquqi çərçivəyə salınmasında Ermənistana dəstək oldular. Bu baxımdandır ki, həmin o ssenarilər üzrə baş rola gətirilən kəslər bu gün Azərbaycan məhkəmələri qarşısında, ədalət önündə cavab verirlər. Azərbaycan elə bir siyasət ortaya qoydu ki, “soyuq müharibəyə” son qoydu. Dövlət başçımız yenidən o sualı aktuallaşdırdı ki, “İsgəndər M” və “İsgəndər E” raketlərinin Ermənistanda nə işi var idi? Bu və bunun kimi sualların cavabını Azərbaycan hələ də gözləyir", - deyə Azər Badamov vurğuladı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see225

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see217

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see200

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see187

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see184

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see176

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri