“İşimizi təhvil versək də, aylardır maaş ala bilmirik” Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“İşimizi bir neçə ay əvvəl təhvil versək də, aylardır şirkətdən əməkhaqqımızı ala bilmirik”.
“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə “Agah” şirkətlər qrupunda çalışan bir qrup şəxs müraciət edib.
Onların iddiasına görə, şirkət 50-yə yaxın işçinin maaşını ödəmir. Dəfələrlə şirkət rəhbərliyi ilə görüşsələr də, problem həll olunmayıb və vəziyyət dəyişməz olaraq qalır. Şikayətçilər deyirlər ki, maaşların verilməməsi ilə bağlı onlara müxtəlif səbəblər göstərilir.
Problemlə bağlı açıqlama verən “Agah” şirkətlər qrupunun nümayəndəsi bir müddətdir ki, maaşların verilmədiyini təsdiqləyib. Lakin problemin onlardan qaynaqlanmadığını deyib.
Şirkət nümayəndəsi həmçinin onu da əlavə edib ki, çalışdıqları müəssisə onlara ödəniş edən kimi işçilərin hər birinin əməkhaqqı ödəniləcək.
Daha ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 İyun 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















