Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Beşbarmaq, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan Türk tarixinin izi

Qərbi Azərbaycan Xronikası: Beşbarmaq, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan Türk tarixinin izi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Zəngəzurun tarixə söykənən Beşbarmaq qışlağı" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Beşbarmaq, Bəbirli, Bəbirli Yeri, Bəzirxana, Bəybalı toponimi və Bəybuğan oronimi haqqında söz açılır.

Qərbi Azərbaycan Xronikası: Beşbarmaq, Bəbirli Yeri, Bəzirxana, Bəybalı, Bəybuğan - Türk tarixinin izi

Bildirilir ki, Qərbi Azərbaycanda coğrafi adların mənasının, mənşəyinin və yayılma arealınının itirilməsi, oğuz türklərinə məxsus tarixi məkanların xaraba qoyulması, bir sözlə, tarixin saxtalaşdırılması ermənilərin bizə yaşatdığı danılmaz gerçəklikdir.

Beşbarmaq - Zəngəzur mahalının Gorus rayonu ərazisində qışlaq adıdır. 1930-cu ildə ləğv edilib.

Bəbirli - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonunda kənd adıdır. Burada 1860-cı illərədək yalnız azərbaycanlılar yaşayıb. Ermənilər buraya 1860-cı ildə Türkiyənin Qazarabad, 1915-1920-cı illərdə Muş və Bulanis vilayətindən köçürülüblər. 1947-ci ildə adı dəyişdirilib Bartsraşen qoyulub.

Bəbirli yeri - Zəngəzur mahalının Gorus rayonunda yurd yeridir.

Bəzirxana - Şörəyel mahalının Ağin, sonralar Ani adlandırılan rayonunda kənd adıdır. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulub.

Bəybalı - Zəngəzur mahalının Sisyan rayonu ərazisində kənd olub. XIX əsrin əvəllərində ləğv edilib və xaraba kəndə çevrilib.

Bəybuğan - Zəngəzur mahalının Meğri rayonu ərazisində dağ adıdır. Bu oronimin adı dəyişdirilib Bağaysar qoyulub.

Sonda vurğulanır ki, 19-cu və 20-ci əsrlərdən başlayaraq havadarları tərəfindən oradan-buradan məqsədli şəkildə gətirilərək yerləşdirilən ermənilər əzəli oğuz yurdlarından azərbaycanlıları didərgin salıblar: "Bu gün Qərbi Azərbaycan ərazisində yerləşən tarixi mahal və rayonlarda bir nəfər də olsun oğuz türkü qalmayıb, onların izi belə silinib. Təbii ki, biz bu həqiqətləri, eləcə də toponimlərimizi, doğma yurd yerlərimizi unutmuruq və tarixi torpaqlarımıza qayıdış üçün ədalətli mübarizəmizi davam etdiririk".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Fevral 2026 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri