İslam İnkişaf Bankı Qarabağ kanalının tikintisinə kredit ayıracaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qarabağ suvarma kanalının tikintisi Azərbaycan hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirməsi ilə həyata keçiriləcək.
Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Qeyd edilib ki, kanalın tikintisi üzrə İslam İnkişaf Bankı ilə Bankın 51-ci iclasında 5 illik kredit sazişinin imzalanması nəzərdə tutulur:
“Hazırda Qarabağ kanalı və onun kənd təsərrüfatına, ətraf mühitə və sosial sahələrə təsirləri barədə İslam İnkişaf Bankının ünvanladığı sorğular cavablandırılır”.
ADSEA-dan verilən məlumata görə, Mingəçevir su anbarının sahilində yerləşən Qarabağ Kanalının Baş Suqəbuledici qurğusu vasitəsilə anbardan götürülən su, uzunluğu 1072 m, diametri 4,9 m olan tunelindən keçərək Qarabağ kanalına ötürülür:
“Qarabağ kanalının uzunluğu 172,4 km, normal su sərfi 113 m3/san-dir. Kanalın üzərində 119 ədəd müxtəlif təyinatlı hidrotexniki qurğu quraşdırılmışdır. Yeni çəkiləcək kanal 168 km beton üzlüklü olub əsasən mövcud kanala paralel inşa olunması nəzərdə tutulur. Yeni kanalın suburaxma sərfiyyatı 135 m3/san qaldırmağı planlaşdırılır. Bundan başqa yeni kanal vasitəsi ilə əlavə olaraq 51034 ha yeni əkin sahələrinin cəlb olunması və kanal üzərində olan nasos stansiyaların yenilənməsi planlaşdırılır. Yeni kanal SCADA sistemi ilə təchiz olunması nəzərdə tutulur”.
Məlumat üçün deyək ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Prezidentinin ötən il imzaladığı “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam əsasında həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















