Icma.az
close
up
RU
İslam süni intellektə necə baxır? 3 MÜHÜM ŞƏRT

İslam süni intellektə necə baxır? 3 MÜHÜM ŞƏRT

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qloballaşan dünyada süni intellektin istifadə dairəsi və istifadəçi auditoriyası getdikcə artır. Dinindən, dilindən asılı olmayaraq hər kəs, o cümlədən müsəlmanlar süni intellektdən istifadə edirlər.

Müsəlmanların süni intellektdən istifadə edərkən nələr diqqət etməsi, bu zaman nələrin haram olduğu diqqət çəkir.

Tanınmış din xadimi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli Modern.az-a  açıqlamasında bildirib ki, əslində mövzu internetə, telefona, televiziyaya və digər texnoloji vasitələrə aid olduğu kimi, süni intellektə də aiddir:

"Çünki süni intellekt sadəcə bir texnologiyadır - bir alətdir. İslamda isə əsas prinsip budur ki, hökm çox vaxt alətə görə deyil, ondan istifadə formasına görə müəyyən edilir.

Müsəlman istənilən texnoloji vasitədən, o cümlədən süni intellektdən istifadə edərkən bir neçə mühüm məsələyə diqqət etməlidir. Birinci növbədə böhtan və qeybət məsələsi gəlir. Sosial şəbəkədə süni intellekt vasitəsilə kiminsə haqqında saxta məlumat yaymaq, montaj edilmiş səs və ya görüntü paylaşmaq artıq böhtan və iftiradır. Bu isə böyük günahlardandır. İkinci mühüm məsələ yalan və aldatma ilə əlaqədardır. Süni intellektdən istifadə edərək insanları çaşdırmaq, saxta material hazırlamaq, başqasının əməyini öz adına çıxarmaq həm şəri, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Üçüncü əsas məsələ ilə əxlaqi məsuliyyətlə bağlıdır. Belə ki, əxlaqsız məzmun hazırlamaq, şiddəti təşviq edən materiallar yaratmaq və ya cəmiyyətin mənəvi dəyərlərinə zidd kontent istehsal etmək də böyük günahlardan sayılır. Texnologiya dəyişə bilər, amma günahın mahiyyəti dəyişmir".

Müsəlmanların süni intellektdən istifadə etməsi ilə bağlı Hacı Surxay Məmmədli əlavə olaraq bunları deyib:

“Ümumiyyətlə, süni intellektdən istifadə doğrudurmu?” sualına gəldikdə isə bir daha diqqətinizə çatdırım ki, tarix boyu müsəlmanlar yeni texnologiyaların əleyhinə olmayıblar. Əksinə, onların inkişafına töhfə veriblər. Məsələn, Əl-Xarəzmi riyaziyyatda inqilabi yeniliklər etdi və cəbr elmini sistemləşdirdi. İbn Sina tibbdə böyük yeniliklər gətirdi və əsərləri əsrlərlə dünya universitetlərində dərs vəsaiti kimi istifadə olundu. Onlar öz dövrlərinin “texnoloji inqilabını” idarə etdilər, ondan qaçmadılar. Elmi inkişafı təhlükə kimi deyil, imkan kimi gördülər.

Bu baxımdan süni intellekt də bir imkandır. Onu harama alət etmək olar, halala xidmət etdirmək də olar. Məsələ texnologiyada deyil, onu istifadə edən insanın niyyətində və məsuliyyətindədir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri