İslamabadda müxalifətin etirazları zamanı azı 12 nəfər ölüb
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İslamabadda müxalif Ədalət Hərəkatı partiyasının təşkil etdiyi etirazçılarla toqquşmalarda 10-u Pakistan hüquq-mühafizə orqanlarının əməkdaşı olmaqla azı 12 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, Pakistan hüquq-mühafizə orqanları şəhərin mərkəzi rayonlarını hədəf alan müxalifət tərəfdarlarından ibarət karvanın irəliləməsini cilovlamaq və iğtişaşları yatırmaq üçün səy göstərir.
Toqquşmalar zamanı 100-dən çox polis əməkdaşının yaralandığı və bəzilərinin vəziyyətinin ağır olduğu da bildirilir.
Öz növbəsində Pakistan Nazirlər Kabinetinin rəhbəri Şahbaz Şərif etiraz aksiyalarında iştirak edən müxalif Ədalət Hərəkatı partiyasının tərəfdarlarının ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlarını pisləyib. Baş nazir həlak olan hüquq-mühafizə orqanlarının əməkdaşlarının ailələrinə başsağlığı verib və günahkarların məsuliyyətə cəlb olunmasını istəyib.
Baxış sayı:84
Bu xəbər 26 Noyabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















