Icma.az
close
up
RU
İslamda orqan bağışlamaq savabdır,

İslamda orqan bağışlamaq savabdır,

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Son vaxtlar orqan transplantasiyası mövzusu cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bu məsələ həm tibbi, həm hüquqi, həm də dini baxımdan müxtəlif fikirlər doğurur. Bir tərəfdən, orqan köçürülməsi insan həyatını xilas edən mühüm tibbi addım kimi qiymətləndirilir, digər tərəfdən isə bu proses insan bədəninin toxunulmazlığı və dini baxımdan qəbul olunması məsələsində suallar yaradır. İslam dini bu məsələyə insan həyatının qorunması və bədənin Allahın əmanəti olması prinsipləri çərçivəsində yanaşır.

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, insanın ölümündən sonra orqanlarının başqasına köçürülməsi, xüsusilə də ürək kimi həyati əhəmiyyətli orqanların istifadəsi həm tibbi, həm hüquqi, həm də dini baxımdan ciddi suallar doğurur:

Onun sözlərinə görə, İslamda həyat müqəddəs sayılır və Qurani-Kərimdə “Kim bir canı dirildərsə (xilas edərsə), o, bütün insanları diriltmiş kimidir” (Maidə, 32) ayəsi bu dəyəri aydın şəkildə göstərir.

Əkrəm Həsənov bildirib ki, İslam hüququnda həyatın qorunması əsas məqsədlərdən biridir və əgər bir insanın orqanı başqa bir xəstənin həyatını xilas edə bilirsə, bu, dinin mahiyyətinə zidd deyil.

"İnsan bədəni Allaha məxsus əmanətdir və bu səbəbdən orqanların alqı-satqısı haram sayılır. Onun sözlərinə görə, insan yalnız vəsiyyət vasitəsilə ölümündən sonra orqanlarının xeyir məqsədilə istifadə olunmasına razılıq verə bilər.

İlahiyyatçı əlavə edib ki, orqan transplantasiyasına yalnız müəyyən şərtlərlə icazə verilir:

"Donor və ya ailəsinin razılığı olmalı, əməliyyat yalnız həyati zərurət halında aparılmalı, cəsədə hörmətsizlik edilməməlidir. Həsənov qeyd edib ki, “beyin ölümü” tibbi və fiqhi baxımdan ölüm sayıldığı təqdirdə, bu vəziyyətdə orqan köçürülməsi din baxımından caiz hesab oluna bilər".

Bununla belə, Əkrəm Həsənov öz şəxsi mövqeyini də açıqlayıb:

"İnsanın orqanları ona Allah tərəfindən verilən bir əmanətdir və insan bu əmanəti olduğu kimi Allaha qaytarmalıdır. Mənim şəxsi qənaətim budur ki, orqanlar toxunulmaz qalmalıdır. Əgər Allah bu orqanları sənə necə sağlam veribsə, o formada da Allaha qaytarmalısan. Digər alimlər buna razılıq versələr də, mən bunu qəbul edə bilmirəm.” 

Seyranə Quliyeva
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://missiya.az
archiveBu xəbər 24 Oktyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri