Icma.az
close
up
RU
Orqan bağışlamaq savabdır, yoxsa günah?

Orqan bağışlamaq savabdır, yoxsa günah?

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Tanınmış bloqerin vəfat edən bacısının orqanlarının bağışlanması cəmiyyətdə müxtəlif reaksiyalar doğurdu. Bu hadisə orqan donorluğunun dini baxımdan necə qiymətləndirildiyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Görəsən, İslam dini orqan bağışlanmasına necə yanaşır?

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a İslam dininin insanın doğulduğu andan vəfatına qədər həyatının bütün mərhələlərini əhatə etdiyini bildirib:

"Din yalnız ibadətlə bağlı hökmləri deyil, eyni zamanda insanın sağlamlığına, bədəninə, onun qorunmasına və bu əmanətlə necə davranılmasına dair göstərişlər verir. Sağlam bədən Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biridir. Uca Allah bu neməti insana lütf olaraq verib ki, o, saleh əməllər etsin, ibadətlərini yerinə yetirsin və Qiyamət günü Rəbbinin hüzuruna savabla gəlsin. Peyğəmbər Məhəmməd səlləllahu aleyhi və səlləm buyurmuşdur ki, insanların əksəriyyətinin qədrini bilmədiyi iki nemət sağlamlıq və boş vaxtdır. Başqa hədisdə isə bildirilir ki, hər kim səhəri sağlam bədənlə, evində əmin-amanlıq və həmin günün ruzisi ilə açarsa, sanki bütün dünya ona verilmişdir. Bu da göstərir ki, sağlamlığın qədrini bilmək və onu qorumaq ibadət qədər mühüm əhəmiyyət daşıyır".

O bildirib ki, hazırda orqan nəqli mövzusu dünyanın müxtəlif ölkələrində geniş müzakirə olunur:

"Bu məsələ tibbi, hüquqi və dini baxımdan mürəkkəb və çoxşaxəli xarakter daşıyır. İslam ölkələrində də bu mövzu ilə bağlı fərqli yanaşmalar mövcuddur və alimlər arasında fikir ayrılığı var. Alimlərin bir qismi müəyyən şərtlər daxilində orqan nəqlini caiz hesab etdiyi halda, digərləri bunun dinin ruhuna uyğun olmadığını bildirirlər. Mənim qənaətimə görə, bu məsələyə yalnız bir istiqamətdən baxmaq düzgün deyil. Onu Qurani-Kərimin prinsipləri, Peyğəmbərin (s) hədisləri və fiqh alimlərinin müasir elmi nəticələrə əsaslanan rəyləri birlikdə nəzərə alınmaqla qiymətləndirmək lazımdır.

İslamda insan həyatı ən yüksək dəyər hesab edilir. Qurani-Kərimdə buyurulur ki, kim bir insanın həyatını xilas edərsə, sanki bütün insanları diriltmiş kimidir (Maidə, 32). Bu ayə göstərir ki, bir nəfərin həyatını qorumaq bütün bəşəriyyətə xidmət etmək mənası daşıyır. Elə buna görə də İslam hüququnun beş əsas məqsədindən biri insan həyatının qorunmasıdır. Bu baxımdan, əgər orqan köçürülməsi bir insanın həyatını xilas edirsə, bu, dinin əsas hədəflərindən birinə xidmət etmiş sayılır".

O deyib ki, müasir dövrdə yaşayan bəzi alimlər bu məsələyə başqa cür yanaşırlar:

"Onlar bildirirlər ki, əgər orqan köçürülməsi insan həyatını xilas etmək məqsədi daşıyırsa və donorun və ya onun ailəsinin razılığı varsa, bu əməl caiz hesab edilə bilər. Burada əsas götürülən prinsip zərərin aradan qaldırılması və insan həyatının qorunmasıdır. Peyğəmbərin (s) “Nə zərər vermək, nə də zərərə zərərlə cavab vermək olar” hədisi də bu mövzuda əsas fiqhi dəlillərdən biri sayılır. Əgər orqan nəqli insanlara fayda gətirir, heç kimə zülm və zərər vermirsə, bu, İslamın mərhəmət və xeyirxahlıq prinsiplərinə zidd hesab olunmur.

Xüsusilə beyin ölümü adlandırılan vəziyyətlə bağlı orqan köçürülməsi ayrıca müzakirə olunur. Tibbi baxımdan bu hal beynin bütün fəaliyyətinin tam və geri dönməz şəkildə dayanması deməkdir. Ürək süni cihazların köməyi ilə işləməyə davam etsə də, insanın həyati funksiyaları artıq bərpa olunmur. Müasir İslam alimlərinin əksəriyyəti hesab edir ki, əgər beyin ölümü tibbi və hüquqi baxımdan tam təsdiqlənibsə, fiqh baxımından bu, ölüm sayılır və belə vəziyyətdə orqan köçürülməsinə icazə verilə bilər. Canlı donordan orqan götürülməsi məsələsində isə məsuliyyət daha ağırdır. Əgər bir şəxs öz böyrəyini və ya digər orqanını könüllü şəkildə başqa bir insanın həyatını xilas etmək məqsədilə bağışlayırsa və bu, onun sağlamlığına təhlükə yaratmırsa, həmin əməl din baxımından caiz və savab sayılır. Lakin bu addım donorun həyatını təhlükəyə atacaq və ya sağlamlığına ciddi zərər vuracaqsa, orqan vermək haram hesab edilir. Çünki Qurani-Kərimdə buyurulur ki, öz əllərinizlə özünüzü təhlükəyə atmayın.

Beləliklə, İslamda orqan nəqli ilə bağlı nə tam qadağa, nə də tam sərbəstlik mövcuddur. Burada əsas meyar niyyət, məqsəd, şərait və nəticədir. Əgər bütün şərtlər yerinə yetirilir, əməliyyat şəffaf şəkildə və insan ləyaqətinə hörmət edilərək həyata keçirilirsə, bu, dini baxımdan qəbul edilə bilər. Əksinə, orqan ticarəti, razılıqsızlıq, zorakılıq, hörmətsizlik və tibbi sui-istifadə halları varsa, bunlar həm dini, həm də əxlaqi baxımdan qadağandır", - deyə o qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see384

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see326

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see314

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see253

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see248

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see245

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see242

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see227

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see223

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see217

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see215

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see211

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see209

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see209

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see202

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see200

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see200

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see194

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri