Icma.az
close
up
RU
İslamda orqan bağışlamaq savabdır, yoxsa günah? İlahiyyatçıdan açıqlama

İslamda orqan bağışlamaq savabdır, yoxsa günah? İlahiyyatçıdan açıqlama

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Bu gün tibbin inkişafı sayəsində orqan transplantasiyası minlərlə insanın həyatını xilas edir. Lakin bu proses çox zaman təkcə tibbi deyil, həm də hüquqi və dini baxımdan ciddi müzakirələrə səbəb olur. Dünyada bəzi ölkələrdə vətəndaşların orqanlarını ölümündən sonra bağışlaması avtomatik qəbul edilir, bəzi yerlərdə isə bu, yalnız şəxsən razılıq verildikdə mümkündür. 

•  İcazəli ölkələr: İspaniya, Belçika, Fransa, Avstriya kimi ölkələrdə vətəndaşlar xüsusi şəkildə imtina etmədikcə orqan donorları sayılırlar (opt-out sistemi).

•  Məhdud icazəli ölkələr: ABŞ, Böyük Britaniya, Türkiyə kimi ölkələrdə isə yalnız şəxsin sağlığında icazə verməsi ilə mümkündür (opt-in sistemi).

•  Qadağan olunan və ya ciddi məhdudiyyət qoyulan ölkələr: Misal üçün, Səudiyyə Ərəbistanı, İran və bəzi digər ölkələrdə dini və hüquqi çərçivələrə görə orqan bağışlanmasına müəyyən məhdudiyyətlər var.

İslamda insanın ölümündən sonra orqanlarını bağışlaması necə qiymətləndirilir?Ölümündən sonra orqanlarını bağışlamaq istəyən bir müsəlman bunu şəriətə uyğun şəkildə necə edə bilər?

Bu barədə Moderator.az-a danışan ilahiyyatçı Tural İrfan qeyd edir  ki, Quranın vəhy məntiqinə və islami meyarlara görə bir insanı yaşatmaq yaxud yaşamasına vəsilə olmaq bütün insanlığı yaşatmaq deməkdir:

“Bir insanı da öldürmək yaxud ölümünə şərait yaratmaq bütün bəşəriyyəti öldürmək deməkdir. Ona görə vəfat etmiş insanın ya sağlığında, öz vəsiyyətinə ya da varislərinin izninə əsasən orqanları başqa insana köçürülə bilər. Xurafatçı və mühafizəkar təriqətlərin fikri önəmli deyil, əsas Qurandır.

Böyük filosof, tibb alimi İbn Sina öz zamanında meyitləri yarıb təcrübə apararkən onu kafir adlandırıb, hətta öldürmək də istəyiblər. Amma o gizli şəkildə bunu edərək insan anatomiyasını, orqan köçürülmə imkanlarını təcrübə edib, öyrənib. Bu gün də vaxtilə ona kafir deyən müsəlmanlar onun  həmin təcrübədən qazandığı tibbi biliklərdən istifadə edirlər. Demək elmin və tibbin düşməni din yox, cəhalət və cahillərdir”.

İlahiyyatçı diqqətə çatdırıb ki, sağlam orqanlarını ehtiyacı olan xəstələrə bağışlamaq istəyən müsəlmanlar sağlığında vəsiyyət etməli, bunu rəsmiləşdirməlidir:

“ Əgər buna fürsət olmayıbsa onların varisi, oğlu, qızı, nəvəsi bununla bağlı icazə verə bilər. Orqan transplantasiyası haram deyil, sadəcə onu icazəsiz, meyiti təhqir etmək niyyəti ilə götürmək qadağan və haramdır. Tutaq ki, Uhud savaşında Peyğəmbərin əmisi Həmzəni şəhid etdikdən sonra Yezidin nənəsi Hind onun ürəyini, ciyərini çıxardıb parçalayıb boyunbağı düzəldərək boynuna asmışdı. Bu artıq meyitin orqanlarını təhqir mənasında götürməkdir ki, qadağandır. Amma xoş niyyətlə, digər insanın həyatda qalması naminə icazə ilə götürmək mümkündür”

T.İrfan onu da əlavə edib ki, İslama görə insanın öldükdən sonra bədəni onun ehtiramını qorumaq üçün toxunulmazdır:

 “Onsuz da torpağın altında  insanın daxili orqanlarını qısa müddət ərzində həşəratlar məhv edir. Odur ki, həşəratlara nəsib olmaqdansa, bir insanın həyatda qalmasına vəsilə olması daha məqsədəuyğundur. İslamda hökmlər zaman, şərait, dövr, məkan və ehtiyaclara görə dəyişə bilir. Eyni zamanda , həmin insanın orqanları fasiq, kafir və zalım adam üçün götürülürsə, bu yolverilməzdir. Hətta vəsiyyət etmiş olsa da belə, yaxınları izn vermiş olsa da belə insanlıq əleyhinə cinayətlərə yol vermiş, yer üzündə fəsad törədən adamlara orqan bağışlamaq doğru qəbul edilmir.

Eyni zamanda, orqanı pulla satmaq olmaz. Çünki bu artıq yardım və humanizm yox, alverdir. Təmənnasız edildiyi təqdirdə icazəlidir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri