İslamşünaslıq ixtisasını seçən abituriyentlərin nəzərinə!
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycan İlahiyyat İnsitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- İmtahana buraxılış vərəqəsi;
İslamşünaslıq ixtisası üzrə Dini Psixoloji Komissiya 30 iyul - 2 avqust 2026-cı il tarixlərində Azərbaycan İlahiyyat İnstitunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin dini mənəvi xidmət ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı III ixtisas qrupuna aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 27 İyul 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















