BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) müəllimlik peşəsini seçən və yüksək nəticə göstərən oğlan abituriyentləri dəstəkləmək məqsədilə xüsusi daxili təqaüd proqramı təqdim edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təqaüd proqramı “İbtidai sinif müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisaslarına qəbul olan oğlan tələbələri əhatə edir. Qəbul imtahanlarında 450 baldan yüksək nəticə göstərərək bu ixtisaslardan birinə qəbul olan oğlan tələbələr universitetin daxili təqaüd proqramından yararlana biləcəklər. Müəllimlik yalnız peşə seçimi deyil, eyni zamanda, gələcək nəsillərin formalaşmasına verilən mühüm töhfədir. Bu missiyanın daşıyıcıları olacaq gənclərin dəstəklənməsini prioritet istiqamətlərdən biri hesab edən Bakı Slavyan Universiteti oğlan tələbələr üçün yeni təqaüd imkanları yaradır. Universitet bu təşəbbüslə yüksək nəticə göstərən, müəllimlik peşəsinə maraq göstərən və gələcəkdə təhsil sahəsinə töhfə vermək istəyən gənclərin stimullaşdırılmasını, onların peşəkar inkişafına dəstək göstərilməsini və müəllim peşəsinə marağın artırılmasını qarşıya məqsəd qoyur.
Beləliklə, yüksək nəticə göstərən oğlan abituriyentlər üçün Bakı Slavyan Universitetində müəllimlik ixtisaslarına qəbul olmaqla yanaşı, daxili təqaüd proqramından yararlanmaq imkanı da yaradılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 10 Avqust 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















