İslandiya işğal təhdidi ilə üzləşdi FOTO
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
İslandiya Xarici İşlər Naziri Torgerdur Katrin Qunnarsdottir, Prezident Donald Trampın İslandiyanı əhatə edən Amerika bayrağının təsvir olunduğu xəritəni dərc etməsindən sonra ABŞ-ın İslandiyadakı səfiri Billi Lonqu görüşə çağırıb.
7 sentyabrda Tramp özünün Truth Social hesabında Amerika bayrağının bütün ölkələri əhatə etdiyi ABŞ, Mərkəzi Amerika, Kanada, Qrenlandiya və İslandiyanın xəritəsini dərc edib.
Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Bu paylaşımın tamamilə uyğunsuz olduğu açıq şəkildə bildirilib".
Tramp xəritəni niyə dərc etdiyini dəqiqləşdirməyib və paylaşıma heç bir şərh əlavə edilməyib.
Həmçinin diqqətəlayiqdir ki, 7 sentyabr səhəri Qrenlandiya, Danimarka və Avropa Birliyi daha güclü peyk şəbəkəsinə investisiya qoymaq üçün müqavilə imzalayıblar. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen növbəti iki il ərzində Qrenlandiyaya əlavə 200 milyon avroluq investisiya qoyulacağını açıqlayıb.
İlham
Baxış sayı:115
Bu xəbər 08 Sentyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















