Icma.az
close
up
RU
İslandiya millisinin kapitanı: Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları...

İslandiya millisinin kapitanı: Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları...

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bu, çətin, lakin eyni zamanda çox maraqlı qrupdur". Sport24.az xəbər verir ki, bu sözləri İslandiya millisinin kapitanı Yohann Berq Qudmundsson DÇ-2026-nın püşkünü dəyərləndirərkən mbl.is saytına bildirib.

Püşkün nəticəsinə əsasən, İslandiya D qrupunda Millətlər Liqasının 1/4 finalının Fransa - Xorvatiya cütünün qalibi, Ukrayna və Azərbaycan komandası ilə yarışacaq. Hazırda Səudiyyə Ərəbistanının "Əl-Oruba" klubunda çıxış edən 34 yaşlı futbolçu qrupu dəyərləndirib:

"Qrupumuzda fransızlar, yoxsa xorvatların olacağı hələ məlum deyil Amma əgər imkanım olsaydı, xorvatları seçərdim. Baxmayaraq ki, son illərdə onlarla tez-tez görüşürük. Fransızların son dərəcə güclü komandası var. Bu gün dünyanın ən yaxşı millilərindən biridir. Xorvatiya isə bu gün əvvəllər demək olar ki, hər il oynadığımız komanda qədər güclü deyil.

Bir müddət əvvəl Ukrayna ilə oynadıq və bu matçdan sonra çox təəssüflənirik. Onlarla yenidən görüşmək və beləliklə, Avropa çempionatına vəsiqə üçün pley-off mərhələsində buraxdığımız səhvləri düzəltmək imkanımız olacaq". 

 Qudmundsson millimiz barədə isə bunları bildirib: "Siz Azərbaycanı yaxşı tanımırsınız, amma biz onları yaxşı tanıyacağıq. Aydındır ki, qarşıda bizi ora uzun səfər gözləyir".

İslandiyalı futbolçu formasını geyindiyi millinin 2025-ci ilin sentyabrınadək hazır olacaqlarını vurğulayıb: "Məqsədimiz final mərhələsinə düşməkdir. Bunun üçün sabitliyi bərpa etməliyik. Bütün oyunçularımız ən yaxşı formasına düşməlidir. Biz qrupda birinci yeri tutmalıyıq. Xüsusən qrupumuza fransızları yox, xorvatları düşsə".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sport24.az
archiveBu xəbər 14 Dekabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri