Icma.az
close
up
RU
İslandiyada dəmir yolu niyə yoxdur? Qəribə SƏBƏB

İslandiyada dəmir yolu niyə yoxdur? Qəribə SƏBƏB

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Avropada dəmir yollarının uzunluğu yüzlərlə metrlə ölçülən dövlətlər var. Hətta ən kiçik Vatikanda belə dəmir yolu çəkilib. Lakin Belçikadan üç dəfə böyük ərazisi olan İslandiya dəmir yolu xidmətinə malik olmayan yeganə böyük Avropa ölkəsi olaraq qalır.
Reykyaviki ziyarət etsəniz və yerli sakinlərdən qatar stansiyasının harada olduğunu soruşsanız, nəzakətli bir təbəssümlə qarşılaşacaqsınız. Bu təbəssümün arxasında mədəniyyətdən daha çox şey, hətta ən yaxşı Avropa mühəndislərini belə məğlub edən ciddi geoloji problem dayanır.
 

İslandiyada lokomotivlər əslində mövcud olub. 1913-cü ildə Reykyavik Limanını tikmək üçün iki dar kalibrli buxar lokomotivi - "Minjor" və "Pioneer" gətirildi. On beş il ərzində onlar bazalt qayalarını daşıyaraq şəhər küçələrindən müvəqqəti relslər çəkdilər. Daha sonra fermalarda və su elektrik stansiyasının tikinti sahəsində daha bir neçə kiçik qatar işlədi, lakin onlardan heç biri ictimai nəqliyyat kimi xidmət etmədi.


1921-ci ildə parlament Reykyavikdən cənubuna bir xətt çəkmək layihəsini ciddi şəkildə müzakirə etdi. Yerli sakinlər artıq iki günlük at arabalarını iki saatlıq qatar səfəri ilə dəyişdirməyi xəyal edirdilər. Lakin layihə ləğv edildi.
Məsələ burasındadır ki, dəmir yolu yalnız kütləvi nəqliyyatın olduğu yerdə özünü ödəyir. XX əsrin əvvəllərində İslandiyanın bütün əhalisi 80.000-dən az idi (bu gün təxminən 390.000 nəfərdir), əhalinin böyük əksəriyyəti kənd yerlərində, təcrid olunmuş fermalarda yaşayırdı.
 

Buzlu Adanın qalan hissəsi yaşayış olmayan ərazilərdir. Sadə bir hesablama: Reykyavikdən Akureyriyə (ölkənin ikinci ən böyük şəhəri) quru yolu təxminən 390 km-dir. Bu kələ-kötür ərazidən bir kilometrlik dəmir yolunun çəkilməsi təxminən 10 milyon dollara başa gəlir.


Bu o deməkdir ki, bir xəttin ən azı 3,9 milyard dollara başa gələcəyi deməkdir. Bunu əhaliyə bölün: körpələr də daxil olmaqla, hər sakinə 10.000 dollar borc. Kiçik bir millət üçün bu, iflas demək olardı.
Belə düşündülər ki, İslandiya şəhərləri tarixən sahildə inşa edilib.
Dəniz varkən niyə qayalıqları kəsək?
Sahil gəmiləri ixracatı ucuz qiymətə daşıyırdı. Dəniz adanın təbii magistral yolu idi və belə də qalır. Lakin İslandiyanın əlavə milyardları olsaydı belə, dəmiryolu təbiət qüvvəsinə qarşı çökərdi.
Çünki ona Sandralar mane olacaqdı. Gözəl tələffüzlü, qadın adına bənzəyən Sandra elə qadınlar kimi də dəyişkəndir. İncidikdə birdəfəlik tərk edən qadınlar kimi Sandralar da əldən sabun kimi sürüşüb çıxır.
Daha doğrusu, ayaqdan...
Sandra vulkanik kül, qum və çınqıl qarışığından ibarət geniş buzlaqlardır. Bunlardan ən məşhuru, adanın cənubundakı Skeidararsandra adlanır, 1300 kvadrat kilometrdir. Dəmir yolu isə çox bərk səth tələb edir. Lakin sandralar sürüşür, bu səbəbdən buradakı çaylar daim öz istiqamətlərini dəyişir: bu gün burdan axan çay sabah üç kilometr uzaqlıqda axır.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri