İslandiyalı nazir müavini: İqlim dəyişikliyinin nəticələri bu sahədə əməkdaşlığı zəruri edir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İqlim dəyişikliyinin nəticələri iqlim böhranı ilə mübarizədə əməkdaşlığı zəruri edir.
“Report” xəbər verir ki, bunu İslandiyanın ətraf mühit, enerji və iqlim nazirinin müavini Helqa Barodotir COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
"2024-cü il, çox güman ki, bəşər tarixinin ən isti ili və 1,5 dərəcə həddini keçən ilk il olacaq. Bu cür istiləşmə səviyyəsinin planetimizə gətirdiyi dəyişikliklər dağıdıcıdır. Son illərdə şahidi olduğumuz iqlim faciələri gələcəkdə daha da artacaq", - o vurğulayıb.
Nazir müavini qeyd edib ki, yalnız təsirlərin azaldılması və uyğunlaşma üzrə birgə iqlim tədbirləri bu prosesi dayandıracaq və cəmiyyəti gələcəyə hazırlayacaq.
İdarə nümayəndəsi vurğulayıb ki, İslandiya hökuməti son illərdə təsirlərin azaldılması və uyğunlaşma arasında balanslaşdırılmış yanaşmaya diqqət yetirərək iqlim maliyyəsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə artırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















