Icma.az
close
up
RU
“İsmayıl Qarayev Ədəbiyyat Günləri”

“İsmayıl Qarayev Ədəbiyyat Günləri”

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Goranboy Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tanınmış yazıçı, nasir və publisist İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunmuş “İsmayıl Qarayev Ədəbiyyat Günləri” adlı silsilə tədbirlər keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, tənqidçi Əsəd Cahangir İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatındakı yeri və yaradıcılıq irsi haqqında danışıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqedən, onun zəngin yaradıcılığından və milli-mənəvi dəyərlərin təbliğində göstərdiyi xidmətlərdən bəhs edib. O bildirib ki, doğma torpağa və el-obaya sonsuz məhəbbətlə bağlı olan yazıçının irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Rauf Aslanov, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, akademik Vaqif Abbasov, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova və digər çıxış edənlər İsmayıl Qarayevin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən, əsərlərində vətənpərvərlik, insanlıq və milli ruhun yüksək bədii ustalıqla əks olunmasından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra İsmayıl Qarayevin kitablarından ibarət sərgiyə baxış keçirilib, onun əsərlərindən nümunələr səsləndirilib, həyat və yaradıcılıq yolunu əks etdirən bədii-musiqili kompozisiya təqdim olunub.

Bununla yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy–Naftalan Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin kollektivləri İsmayıl Qarayevin ev-muzeyini ziyarət ediblər. Ziyarət zamanı iştirakçılar yazıçının zəngin ədəbi irsi, həyat və yaradıcılığı ilə yaxından tanış olublar.

Qeyd edək ki, “İsmayıl Qarayev Ədəbiyyat Günləri”nin hər il may-iyul aylarında ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur. Bununla da görkəmli yazıçının zəngin ədəbi irsinin davamlı şəkildə təbliği, xatirəsinin əbədiləşdirilməsi və gənc nəslə tanıdılması istiqamətində mühüm ədəbi-mədəni ənənənin əsası qoyulub.

Qabil YUSİFOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri