İsmayıllıda cari ilin yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Basqal Resort SPA-da İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 2025-ci ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı təşkil olunub.
Newscenter.az xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Bakıdan dəvət olunmuş qonaqlar, ziyalılar, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hesabat yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 2025-ci ildə rayonda görülmüş işlər, icra edilmiş sosial-iqtisadi layihələr və 2026-cı il üçün qarşıda duran əsas vəzifələr barədə hesabat məruzəsi ilə çıxış edib.
Çıxışdan sonra 2020–2025-ci illər ərzində İsmayıllı rayonunda həyata keçirilmiş layihələri və görülmüş işləri əks etdirən geniş videoçarx nümayiş olunub.
Hesabat yığıncağında çıxış edən Milli Məclisin deputatı Novruzəli Aslanov rayonda aparılan abadlıq-quruculuq işlərini və icra olunan sosial layihələri yüksək qiymətləndirib.
Şəhid anası Cəmilə xanım çıxış edərək rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya, eyni zamanda həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs təltif olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən şəxslərə mükafatlar təqdim edilib.
Hesabat yığıncağında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:İsmayıllıda əməliyyat keçirilib
14 Yanvar 2025 12:26
Yevlaxda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib
18 İyul 2025 15:06
Görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib FOTO VİDEO
24 Dekabr 2024 12:41
Ləzgi Mədəniyyət Mərkəzinin hesabat yığıncağı keçirilib
25 Aprel 2025 12:33
Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib AZƏRTAC
21 Dekabr 2024 15:14
Baxış sayı:61
Bu xəbər 25 Dekabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















