Icma.az
close
up
RU
İsmayıllıda qadınların biznesdə təmsilçiliyi ilə bağlı tədbir keçirilib FOTOLAR

İsmayıllıda qadınların biznesdə təmsilçiliyi ilə bağlı tədbir keçirilib FOTOLAR

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində İsmayıllıda tədbir keçirilib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin akt zalında keçirilən görüşdə ilk çıxış edən Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin sədri, “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin rəhbəri Reyhanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Nəzərə çatdırıb ki, mövzu olduqca spesifikdir, amma buna rəğmən Agentlik hər il elan etdiyi müsabiqələrdə qadın sahibkarların işinin, onların biznes strukturlarında təmsilçiliyinin təşviqini diqqətdə saxlayır, bu istiqamətdə keyfiyyətli, mövzunu əhatə edən layihələri dəstəkləyir. Layihə rəhbəri həmçinin tədbirin ərsəyə gəlməsinə görə, Azərbaycan Respublikası İsmayıllı Rayonu İcra Hakimiyyətinə, o cümlədən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

Reyhanə Hacıyeva xatırladıb ki, layihənin əsas məqsədi qadınların hüquq və maliyyə idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması yolu yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək olmaqdır.Analoji layihələrin yeni iş yerlərinin yaranmasına və qadınlar arasında məşğulluğun artmasına töhfə verəcəyinə inandığını vurğulayan layihə rəhbəri xatırladıb ki, hansısa biznesi qurmaq üçün səylə çalışmaq lazımdır. Bu yolda insanlar müxtəlif çətinliklərlə üzləşə bilər, hətta çoxları çətinliklərdən demotivasiya olur və nəticədə uğursuzluq yaşayırlar. Məruzəçi bu baxımdan yeni biznesə başlamaq istəyənlərin motivasiya edilməsinin, mövcud qanunvericilik barədə məlumatlandırılmasının, həmçinin biznesi olan qadınların əlavə maarifləndirilməsinin vacibliyini dilə gətirib.O, müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hədəf qruplarına ölkəmizin bu sahədə yeritdiyi siyasət barədə məlumatın verilməsini və davamlı təlimlərin keçilməsinin önəmini də diqqətə çatdırıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər, bu istiqamətdə görülən işlər barədə önəmli məqamlara toxunublar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bölüşüblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır və bu dövrdə 3 rayon tədbiri, 3 maarifləndirici veriliş, həmçinin qadınların biznesdə təmsilçiliyinin təşviqini nəzərdə tutan sosial çarx hazırlanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri