Icma.az
close
up
RU
İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub

İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 aprel, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib. Məqsəd rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif və ehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə onların məlumatlandırılmasıdır.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-dək biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov regionda sahibkarlığın inkişafı, dövlətin dəstək mexanizmləri və biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, İsmayıllı rayonunda dağlıq və dağətəyi ərazilərin üstünlük təşkil etməsi kənd təsərrüfatı və turizm üçün əlverişli şərait yaradır. Bağçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, arıçılıq və tərəvəzçilik İsmayıllının iqtisadi profilini formalaşdıran aqrar sahələrdir. Emal yönümlü istehsal kənd təsərrüfatı məhsullarının ilkin və qismən dərin emalı üzərində formalaşıb, rayonda sənaye və ticarət sahələri də inkişaf edir.

Qeyd edilib ki, rayonun mövcud imkanlarından istifadə etməklə aqrar məhsulların toplanması, saxlanması, emalı və digər regionlara daşınması istiqamətində biznes təşəbbüslərinin inkişaf etdirilməsi, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verilməsi, müasir texnologiyaların və səmərəli idarəetmə üsullarının tətbiqi ilə məhsuldarlığın artırılması, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi və dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə və yeni imkanların yaranmasına xidmət edəcək.

Görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinə dəstək, güzəştli kreditlərin alınması, satımalma prosesində KOB-ların iştirakı, tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsinə dəstək və sair kimi istiqamətlərdə müraciətləri dinlənilib, sualları cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri