Icma.az
close
up
RU
İspaniya İsarilə silah satışına qadağa qoyub

İspaniya İsarilə silah satışına qadağa qoyub

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az “AFP” agentliyinə istinadən xəbər verir ki, İspaniya parlamenti baş nazirin İsrailə silah tədarükünü qadağan edən fərmanını lehinə 178, əleyhinə isə 169 səs olmaqla dəstəkləyib.
Səsvermənin nəticəsini Sançesin “Sosialist İşçi Partiyası” ilə koalisiyada olan ifrat solçu “Podemos” partiyasının mövqeyi şərtləndirib. Sançesin rəhbərlik etdiyi hökumət öz qərarını sentyabrın sonunda açıqlayıb.
“2023-cü il oktyabrın 7-də HƏMAS terror qruplaşması tərəfindən həyata keçirilən dəhşətli hücumlara İsrailin cavabı son nəticədə Fələstin əhalisinə qarşı ayrı-seçkiliksiz hücuma çevrildi və əksər ekspertlər bunu soyqırım adlandırıblar”, - qəbul edilmiş qanunun preambulasında deyilir.
İspaniya parlamenti həmçinin hərbi məqsədlər üçün istifadə oluna bilən aviasiya yanacağının tranzitinə və “Qəzza və İordan çayının qərb sahilindəki qeyri-qanuni məskunlaşmalar nəticəsində istehsal edilən” malların reklamına qadağa qoyulmasını dəstəkləyib.
Sənədin mətni İspaniya hökumətinə “qadağanın tətbiqi ümumi milli maraqlara zərər vurarsa” ikili təyinatlı müdafiə avadanlığı üçün istisnalar etməyə imkan verir.
Xatırladaq ki, sentyabrın əvvəlində İspaniyanın baş naziri Pedro Sançes Qəzzada hərbi kampaniyaya son qoymaq üçün İsrailin baş naziri Binyamin Netanyahuya təzyiqi artırmaq məqsədi daşıyan bir sıra tədbirlər elan edib. O, İsraili xəstəxanaları bombalamaqda, habelə “günahsız oğlan və qızları aclıqdan öldürməklə müdafiəsiz xalqı məhv etməkdə” günahlandırıb.
Eyni zamanda, rəsmi Madrid İsrail gəmilərinin və silah daşıyan təyyarələrinin İspaniya limanlarına və ya hava məkanına daxil olmasını qadağan etmək qərarına gəlib. İspaniya həmçinin İsrail silah şirkəti ilə 700 milyon avroluq müqaviləni ləğv edib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see923

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see369

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see272

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see243

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see222

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see222

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see215

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see213

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see208

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see207

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see206

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see204

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see203

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see201

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see196

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see193

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see185

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see183

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see177

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri