İspaniya mətbuatı Braziliya millisini “Barselona”ya bənzətdi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Braziliya futbol millisinin baş məşqçisi Karlo Ançelottinin Rafinyanı hücumun mərkəzində sınaması İspaniya mətbuatının diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, İspaniyanın “Marca” qəzeti Ançelottinin bu seçimində “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin ideyalarına bənzərlik gördüyünü yazıb.
Rafinya sentyabrın 27-də keçirilən məşqdə daha irəlidə və mərkəzdə yerləşdirilib. Avstraliya ilə 1:1 hesabı ilə başa çatan ilk yoldaşlıq görüşündə isə o, Endrikin arxasında “10 nömrə” mövqeyində çıxış edib və əlavə olunmuş dəqiqələrdə Rayanın qoluna assist verib.
“Barselona”da Robert Levandovski və Ferran Torresin gedişindən sonra Flik Rafinyanı cinahdan daha çox cərimə meydançasına yaxınlaşdırıb və onu hücumun mərkəzində istifadə etməyə başlayıb. Braziliyalı futbolçu bu mövqedə mövsümün əvvəlində səkkiz oyunda 14 qol vurub.
Ançelotti də millidə oxşar variantı sınayıb. Son məşqdə hücum üçlüyünü Rayan, Vinisius və Rafinya təşkil edib. Rafinya əvvəlki oyunla müqayisədə daha mərkəzdə yerləşdirilib.
Qeyd edək ki, Braziliya Avstraliya ilə növbəti yoldaşlıq görüşünü sentyabrın 29-da keçirəcək. Start heyətinin yekun variantı son məşqdən sonra müəyyənləşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 28 Sentyabr 2026 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















