Bakıda doqquz günlük toplanış başladı
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb.
Futbolpress.az xəbər verir ki, doqquz gün davam edəcək hazırlıq prosesinə müxtəlif bölgələrdən ümumilikdə 60 idmançı (48 oğlan, 12 qız) cəlb olunub. Toplanışın əsas məqsədi cüdoçuların qarşıdakı Azərbaycan çempionatına hazırlıq səviyyəsinin yüksəldilməsi və texniki-taktiki bacarıqlarının təkmilləşdirilməsidir.
Məşqlərə ACF-nin peşəkar məşqçiləri rəhbərlik edirlər. Proqrama texniki çalışmalar, fiziki hazırlıq və fərdi bacarıqların inkişafına yönəlmiş məşqlər daxildir.
ACF regionlarda cüdonun inkişafına və perspektivli idmançıların mütəmadi hazırlıq prosesinə cəlb olunmasına xüsusi diqqət ayırır. Bu istiqamətdə 2023-cü ildən etibarən region cüdoçuları üçün həm müxtəlif bölgələrdə, həm də Bakıda təlim-məşq toplanışları təşkil edilir.
İdmançıların beynəlxalq təcrübəsinin artırılması məqsədilə bu ilin iyulunda Gürcüstanın Qori şəhərində də region cüdoçularının iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilib.
Qeyd edək ki, hazırkı hazırlıq prosesi region idmançıları üçün Bakıda təşkil olunan ikinci təlim-məşq toplanışıdır.
Baxış sayı:101
Bu xəbər 12 Noyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















