İspaniya meydana çıxmadığı üçün Argentina Finalissimanın iki çempionu olmalı idi
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexandro Domingez Argentina və İspaniya arasında keçirilməsi planlaşdırılan Finalissima matçının ləğvindən sonra avropalıları tənqid etdi. Sport24.az xəbər verir ki, o, məsələ haqda bu cür danışıb: "Rəqibin meydana çıxmaması və məğlubiyyəti tətbiq olunsaydı, Argentina ikiqat Finalissima çempionu olmalı idi (komanda əvvəllər kuboku 2022-ci ildə qazanmışdı). İkiqat çempionun kim olduğunu bilirsiniz? Bu bizik, çünki onlar oyuna gəlmədilər".
Daha əvvəl həlledici görüşün martın 27-də Qətərdə keçirilməsi planlaşdırılırdı. Lakin Yaxın Şərqdə artan münaqişə səbəbindən oyun əvvəlcə təxirə salındı, lakin tərəflər yeni məkan barədə razılığa gələ bilmədilər. İspaniya oyunu Madriddə keçirməyi təklif etdi, daha sonra iki oyun variantı: biri İspaniya, digəri Argentinada keçirilməsi müzakirə edildi. Son təklif isə oyunu Romada keçirmək idi. Amma İspaniya tərəfi argentinalıların bu təklifini də geri çevirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 Mart 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















