İspaniya Trampın təhdidlərinə məhəl qoymayaraq “vassal olmayacağını” bildirib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 4 mart, AZƏRTAC
İspaniya başqa bir ölkənin “vassalı olmayacaq”.
AZƏRTAC xəbər verir ki, bu barədə İspaniyanın Baş nazirinin müavini Mariya Xesus Montero çərşənbə günü ABŞ Prezidenti Donald Trampın İrana ABŞ–İsrail hücumlarına münasibətinə görə Madridlə ticarətin azaldılması ilə bağlı təhdidlərinə cavab olaraq bildirib.
“Reuters” agentliyinin yazdığına görə, Donald Tramp Tehrana hücum üçün İspaniyanın cənubunda yerləşən və birgə istismar olunan dəniz və hava bazalarından Amerika təyyarələrinin istifadəsinə icazə verilmədiyinə görə Madridə qarşı ticarət embarqosu tətbiq etməyi təklif edib. İspaniya ABŞ və İsrailin İrana qarşı bombardmanlarını pisləyərək onları ehtiyatsız və qanunsuz adlandırıb. Digər Avropa ölkələrinin əksəriyyəti isə bu hücumları birbaşa tənqid etməkdən çəkinib.
“Biz, şübhəsiz ki, heç kimin vassalı olmaq niyyətində deyilik, heç bir təhdidə dözməyəcəyik və dəyərlərimizi müdafiə edəcəyik”, – deyə Montero jurnalistlərə bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 04 Mart 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















