İspaniya və Portuqaliyada kütləvi elektrik kəsintisi: Aeroportlar və metrolar fəaliyyəti dayandırdı
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın bütün ərazisində elektrik enerjisi təchizatında kəsinti qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" nəşri məlumat yayıb.
Bildirilib ki, elektrik təchizatındakı problem yalnız İspaniya ilə məhdudlaşmayıb, Portuqaliya, Yunanıstan və Fransanın bəzi bölgələri də bundan təsirlənib.
Verilən məlumata görə, bu vəziyyət bəzi yerlərdə bir neçə dəqiqə, bəzi bölgələrdə isə bir neçə saata qədər davam edib. Hazırda İspaniya hökuməti baş verən hadisənin səbəblərini araşdırır.
Elektrik şəbəkəsinə nəzarət edən dövlət şirkəti "Red Electrica" sosial şəbəkələrdə fövqəladə bərpa planını işə saldığını və digər enerji şirkətləri ilə əməkdaşlıq etdiyini açıqlayıb.
Elektrik kəsintisi nəticəsində Madridin Baraxas beynəlxalq hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb. Eyni zamanda, Sevilya, Barselona və Pamplona şəhərlərində işıqlar sönüb, Valensiya və Madridin metro xətləri fəaliyyətini dayandırıb.
Milli Kibertəhlükəsizlik İnstitutu insidentin haker hücumu nəticəsində baş verib-vermədiyini araşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 28 Aprel 2025 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















