Icma.az
close
up
RU
İspaniyada azyaşlılara siqaret çəkmək qadağan ediləcək, siqaretçəkənlərin valideynlərinə isə cərimələr tətbiq olunacaq

İspaniyada azyaşlılara siqaret çəkmək qadağan ediləcək, siqaretçəkənlərin valideynlərinə isə cərimələr tətbiq olunacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 sentyabr, AZƏRTAC

İspaniya Nazirlər Şurası tütünlə bağlı qanun layihəsini təsdiqləyib. Yeni qanun açıq hava konsertlərində və terraslarda siqaret çəkməyi qadağan edəcək.

AZƏRTAC xəbər verir ki, qanun tütündən istifadəyə, xüsusilə də açıq məkanda siqaret çəkməyə məhdudiyyət qoyaraq, siqaretsiz zonaları bar terrasları hesabına genişləndirir. “Qanun, həmçinin tütün və elektron siqaretlərin istənilən reklamını, eləcə də sonuncuların adi siqaretlərlə eyniləşdirilməsini qadağan edir. Bu qaydaların pozulmasına görə 600 min avroya qədər cərimə nəzərdə tutulur”, – deyə İspaniyanın “ABC” qəzeti yazır.

Qanuna əsasən, siqaretçəkən azyaşlıların valideynləri onların əvəzinə cərimə ödəməli olacaqlar.

İspaniyanın səhiyyə naziri Monika Qarsiyanın sözlərinə görə, bu, “uşaq və yeniyetmələrin müdafiəsini gücləndirən tədbirdir”. Qanunun əsas hədəflərindən biri məhz siqaret çəkilməsinin yayılmasının azaldılması və gənclər arasında qarşısının alınmasıdır.

Çərşənbə axşamı qanun layihəsi Nazirlər Şurası tərəfindən təqdiqlənib. Bu, səhiyyə naziri Monika Qarsiyanın siqaretlə mübarizə planını muxtar icmalara təqdim etməsindən bir il yarım sonra baş verib.

“Bu gün biz siqaretlə mübarizədə mühüm addım atırıq”, – deyə səhiyyə naziri Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib. O, İspaniyanın həmişə siqaretlə mübarizədə “ön sıralarda” olduğunu xatırladıb. Belə ki, 2005-ci ildə qapalı məkanlarda siqaret çəkmək, 2010-cu ildə isə bu məhdudiyyət bar, restoran və gecə klublarına şamil olunmuşdu. “İndi biz yenidən bu mövqeyə qayıtmaq istəyirik”, – deyə o vurğulayıb. Nazir əlavə edib ki, İspaniyada hər gün siqaret səbəbindən 140 nəfər (ildə 50 min nəfər) dünyasını dəyişir, xərçəng xəstəliklərinin 30 faizi isə siqaretlə bağlı risk amili ilə əlaqəlidir.

Qanun birdəfəlik elektron siqaretlərin mövcud ehtiyatları tükənənədək istehsalçıların məhsullarını yeni hüquqi bazaya uyğunlaşdırmaları üçün 12 aylıq keçid dövrü müəyyən edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri