İspaniyada kokos yükünün içərisindən bir tondan çox kokain çıxdı FOTO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya hüquq-mühafizə orqanları kokos yükünün içərisinə gizlədilmiş 1.2 tondan çox kokain partiyasını müsadirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hadisə Sevilya şəhərində qeydə alınıb. Rəsmi açıqlamaya əsasən, polis yük maşınının qoşqusunda və kokosların altında gizlədilmiş 1 238 kiloqram kokaini ələ keçirib.
Xüsusi əməliyyat hələ 2025-ci ilin dekabr ayında başlamışdı. O zaman polis İspaniyaya narkotik vasitələrin gətirilməsi üçün istifadə olunan bir şirkətin izinə düşüb. Daha sonra müstəntiqlər şübhə doğuran yük konteynerini aşkar edərək onu ciddi nəzarətə götürüblər.
Qaçaqmal sürücü tərəfindən anbara çatdırılmağa hazırlanan zaman saxlanılıb. Narkotik ticarətində şübhəli bilinən iki şəxs həbs edilib. Hazırda istintaq tədbirləri davam olunur. Rəsmilər yeni həbslərin ola biləcəyini istisna etmirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 Sentyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















