İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
İspaniyanın hüquq-mühafizə orqanları 13 ton ağırlığında kokain partiyasını ələ keçirib. Bu, ölkə tarixində müsadirə edilmiş rekord həcmdir.
“Report” xəbər verir ki, bu barədə krallığın polisinin məlumatına istinadən “El Mundo” nəşri məlumat yayıb.
“Alxesiras limanında ümumi çəkisi 13 062 kq olan kokain dolu konteyner ələ keçirilib ki, bu da indiyədək İspaniyada narkotikin bu növünün ən böyük müsadirə həcmidir”, - məlumatda deyilir.
Bu partiyanın Avropada ikinci böyük partiya olduğu bildirilib. Narkotiklər Ekvadordan gətirilən banan qablarında gizlədilibmiş.
Polisin məlumatına görə, axtarış zamanı bir şübhəli şəxs saxlanılıb, idxalçı şirkətin iki meneceri isə axtarışa verilib.

İspaniyada rekord həcmdə kokain partiyası müsadirə edilib
06 Noyabr 2024 23:45
İspaniyada rekord həcmdə kokain partiyası müsadirə EDİLDİ
06 Noyabr 2024 20:34
Rekord həcmdə kokain partiyası müsadirə edilib
06 Noyabr 2024 21:45
İspaniyada daşqınlardan ölənlərin sayı 223 nəfərə çatıb AzPolitika onlayn siyasiictimai qəzet
08 Noyabr 2024 20:11

