İspaniyada Roma Papasına zeytun ağacı hədiyyə edildi
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Baş naziri Pedro Sançes sülh və dialoq rəmzi olaraq Roma Papası XIV Leoya bonsay (kiçildilmiş) formasında zeytun ağacı hədiyyə edib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə krallığın Nazirlər Kabineti rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Pontifik Baş naziri Madriddəki apostol nunsiliyində (Vatikanın səfirliyi) qəbul edib. Qeyd olunduğu kimi, görüş zamanı Sançes Roma Papasına "13 yaşlı İspaniya zeytun ağacı bonsayı" təqdim edib.
Bitki ənənə ilə innovasiya, tarixi köklərə hörmət ilə qabaqcıl texnologiyaların tətbiqi arasında mükəmməl tarazlığı təmsil edir.
"Zeytun ağacı sülhün, dialoqun və anlaşmanın universal rəmzidir. Bu həm İspaniya, həm də Vatikanın ortaq dəyərləridir", — deyə Nazirlər Kabinetinin mətbuat xidmətindən qeyd edilib.
XIV Leo İspaniyaya iyunun 6-da gəlib. Ölkəyə səfəri çərçivəsində onun Barselona və Kanar adalarını da ziyarət etməsi planlaşdırılır.
İspaniyaya səfər edən sonuncu pontifik XVI Benedikt (1927-2022) olub. O, 2011-ci ildə Ümumdünya Gənclər Günü çərçivəsində bu ölkədə səfərdə olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 08 İyun 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















