İspaniyada seçki yarışı qızışır: Rəy sorğularında sağ partiyalar öndədir
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyada noyabrın 29-da keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində keçirilən son rəy sorğuları sağçı partiyaların üstünlük qazandığını göstərir.
Sherg.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Sorğulara əsasən, müxalifətdəki sağ mərkəzçi Xalq Partiyasının (PP) seçkilərdə birinci yeri tutacağı və ifrat sağçı “Vox” partiyası ilə birlikdə parlamentdə çoxluğu təmin edəcəyi ehtimal olunur.
İspaniyanın müxtəlif siyasi mövqeləri təmsil edən “El Pais”, “El Mundo”, “La Vanguardia”, “La Razon” və “El Espanol” nəşrlərinin sorğularının orta göstəricilərinə görə, PP-nin reytinqi 30,3-31,9 faiz arasında dəyişir.
Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi Sosialist İşçi Partiyasının (PSOE) isə 27,2-30,9 faiz səslə ikinci yerdə qərarlaşacağı proqnozlaşdırılır.
Sorğulara görə, 350 yerlik parlamentdə PP 127-138, “Vox” isə 49-59 mandat əldə edə bilər. Beləliklə, hər iki partiyanın birlikdə 176 mandatlıq parlament çoxluğunu keçəcəyi gözlənilir.
Son iki həftədə PSOE-nin reytinqində artım müşahidə olunsa da, sol qüvvələrin ittifaqı olan və seçkilər ərəfəsində adını “Geniş Cəbhə”yə (Frente Amplio) dəyişən siyasi blokun ciddi səs itkisi ilə üzləşəcəyi bildirilir.
Sorğular PSOE-nin 119-130, “Geniş Cəbhə”nin isə hazırkı 31 mandatdan cəmi 5-6-sını əldə edə biləcəyini göstərir.
Hökumətə bağlı qurumun sorğusu fərqli nəticə ortaya qoyub
İspaniya hökumətinə bağlı Sosioloji Araşdırmalar Mərkəzinin (CIS) açıqladığı son sorğu isə digər araşdırmalardan fərqli nəticə göstərib.
Həmin sorğuya əsasən, PSOE 34,4 faiz səslə birinci, PP 24,7 faizlə ikinci, “Vox” isə 15,6 faizlə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ildə keçirilən son parlament seçkilərində PP 33,6, PSOE 31,68, “Vox” isə 12,38 faiz səs toplamışdı.
Baxış sayı:106
Bu xəbər 24 Noyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















