Pakistanda silahlı hücum: 10 polis öldü
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pakistanın Hayber-Paxtunxva əyalətində polis əməkdaşlarına silahlı hücum nəticəsində 10 polis həlak olub.
Modern.az xəbər verir ki, bu barədə təhlükəsizlik rəsmisi Faisal Khan məlumat verib.
Onun sözlərinə görə, hadisə Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətinin Kohat rayonunda baş verib. Silahlı şəxslərin polis əməkdaşlarını daşıyan avtomobillərə hücumundan sonra təhlükəsizlik qüvvələri ilə hücumçular arasında atışma olub.
Faisal Khan bildirib ki, ölənlər arasında iki yüksək rütbəli polis zabiti də var.
Rəsmi qeyd edib ki, hücum edən şəxslərə qarşı əməliyyata başlanılıb. Hadisəyə görə məsuliyyəti hələlik heç bir silahlı qruplaşma üzərinə götürməyib.
Bu mövzuda digər xəbərlər:Pakistanda silahlı hücum: 38 nəfər öldü
21 Noyabr 2024 18:52
Pakistanda silahlı hücum 6 hərbçi öldü
09 Dekabr 2025 09:41
Pakistanda polis məntəqəsinə hücum: 9 polis öldü
30 İyul 2026 13:05
Pakistanda fırtına 10 nəfər öldü
25 May 2025 12:55
Pakistanda sərnişin avtobuslarına silahlı hücum: 28 nəfər öldü
21 Noyabr 2024 16:31
Baxış sayı:119
Bu xəbər 11 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















