Rusiya hərbi pilotlarını itirib “Sankt Peterburqun qorunması bizə baha başa gəldi”
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna PUA-larının Sankt-Peterburqa son hücumu zamanı Rusiya hərbi pilotları həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinə yaxın “z-bloqçu” İlya Tumanov məlumat paylaşıb.
"Bu gün Sankt-Peterburq üzərindəki səmanın dron hücumundan qorunması bizə baha başa gəldi. Çox, çox, çox baha başa gəldi. Əbədi uçmağınızı arzulayıram, qardaşlar", - deyə o, Telegram kanalında yazıb. Tumanov hadisə ilə bağlı heç bir təfərrüat verməyib.
Ukraynanın monitorinq kanalları hücum zamanı iki nəfərlik - pilot və naviqator/operator üçün nəzərdə tutulmuş Ka-52 vertolyotunun məhv edildiyini təsdiqləyib. Rusiya Müdafiə Nazirliyi bu barədə hələlik heç bir məlumat verməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 11 Noyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















